Finlandiyanın NATO qərarı Rusiyanı DƏLİ EDƏCƏK: Rəsmən elan etdilər


Rusiya Ukraynaya müharibə elan etdikdən sonra NATO üzvü olmayan ölkələrdən addımlar bir-birinin ardınca gəlir. Finlandiyanın NATO-ya üzvlük üçün müraciət edəcəyi bildirilir. Finlandiya NATO-ya üzvlük üçün müraciət edəcəyini açıqlayıb.

Türküstan.azxəbər verir ki, Prezident Niinisto və Baş nazir Marinin imzaladığı birgə bəyanatda Finlandiyanın gecikmədən alyansa müraciət etməli olduğu bildirilib.

MÜZAKİRƏLƏRDƏN SONRA ŞOK QƏRAR

Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki Skandinaviya ölkəsi Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müzakirələrə başlayıb. Rusiyanın sərt reaksiyalarına baxmayaraq, hər iki ölkə rəsmi müraciət edəcəklərinə işarə edib.

İsveç mayın 15-i bazar günü NATO-ya daxil olub-olmaması ilə bağlı rəsmi qərarını açıqlayacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ