"Pilot Residence" məhkəmə qərarına aydınlıq gətirdi


Dünən bəzi xəbər saytlarında Dövlət Vergi Xidmətinin iddiası əsasında Bakı Kommersiya Məhkəməsində "Pilot Residence" MTK-nın dövlətə 755 min manata yaxın borc ödəməli olduğu haqda qətnamə çıxardığı məlumatı yayılıb.

Məlumatda ""Pilot Residence" məhkəmədə 755 minlik iddianı uduzdu" başlığı ilə verilib.

Bu gün "Pilot Residence" MTK sözügedən xəbərlərlə bağlı açıqlama yayıb. Açıqlamada MTK məsələyə aydınlıq gətirərək bildirir ki, haqqında bəhs olunan qətnamə hələ ilkin instansiya məhkəməsinin qərarıdır: "MTK-nın vergiyə borcu göstərilən rəqəmdəki miqdarda deyil, iddia olunan rəqəmdən iki dəfə azdır. MTK da borclu hesab etdiyi məbləği ödəməyə hazırdır. İddiaçı tərəf isə bununla razılaşmır. İddiaya əsasən qəbul edilən məlum qətnamədən biz növbəti instansiyaya – Apellyasiya Məhkəməsinə şikayət etmişik".


MANŞET XƏBƏRLƏRİ