Dünya bu araşdırmadan danışır: Alimlərin möcüzəvi kəşfi ölümə qalib gələ bilər


ABŞ-da aparılan araşdırma tibb aləmində böyük həyəcana səbəb olub. Elm adamları ölü bir insandan götürülmüş gözü diriltməyi bacararkən, mütəxəssislər "torlu qişadakı hüceyrələr canlı bir gözdə olduğu kimi fərqli işıq səviyyələrinə uyğunlaşaraq cavab verdi" sözləri ilə inkişafı açıqladı. İndi elm dünyası belə bir məsələni müzakirə edir ki, eyni müdaxilə beyinə edilərsə, həyatını itirənlər həyata qaytarıla bilər.

ABŞ-ın Yuta Universitetində aparılan araşdırma beynəlxalq ictimai rəydə gündəm yaradıb.

Türküstan.azxəbər verir ki, Nature jurnalında dərc olunan araşdırmanı həyata keçirən elm adamları ölü bir insandan alınan gözün yenidən həyata qaytarıla biləcəyini müəyyən ediblər. Alimlər tor qişadakı hüceyrələrin işığa reaksiya verdiyini və ölümdən 5 saat sonra da əlaqə saxladığını aşkar ediblər.

BEYİNƏ MÜDAXILƏ EDİLİR

Ölən donordan alınan gözün canlı göz kimi fəaliyyət göstərdiyinə diqqət çəkən elm adamları, beyinə bu müdaxilə edilərsə, mərhumun həyata qaytarıla biləcəyini ifadə etdilər.

MƏRKƏZİ SİNİR SİSTEMİ DƏ SAĞALA BİLƏ BİLƏR?

Torlu qişadakı işığa həssas hüceyrələrin ölümdən 5 saat sonra belə bir-biri ilə əlaqə saxladığını və işığa cavab verdiyini açıqlayan elm adamları, "torlu qişadakı bu neyronlar mərkəzi sinir sisteminin bir uzantısıdır və bu sinir sisteminə beyin və onurğa da daxildir. Buna görə də digər mərkəzi sinir sisteminin hüceyrələri də sağala bilər.".

Alimlər donordan göz götürüldükdən dərhal sonra oksigen və digər qidaları gözə çatdıran xüsusi texnologiya hazırlayıblar. Yuta Universitetində araşdırma aparan Dr. Fatimə Abbas, "İnsan gözündəki fotoreseptor hüceyrələrini oyandıra bildik. Bu hüceyrələr mərkəzi görmə sistemindəki tor qişanın bir hissəsidir və insanların kəskin şəkildə görməsi və rəngləri ayırd etməsi üçün işləyir" dedi.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ