Bakı sakinləri çimərliklərə girişi bağlayan obyektlərin hasarlarını sökdülər - FOTOLAR


Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin sakinləri Xəzərin sahilinə getməyə mane olan hasarlara qarşı, eləcə də qəsəbə çimərliyinin təmizliyi üçün mübarizəni davam etdirirlər.

Caliber.Az xəbər verir ki, bununla əlaqədar, onlar bir araya gələrək sahilyanı obyektlərin sahiblərini və kirayəçilərini onların doğma qəsəbələrinin çimərliyinə girişinə maneə olan çoxsaylı hasarlardan üçünü sökməyə nail olublar. Bu hasarlar və məftildən olan hörgülər təxminən bir ay əvvəl çəkilib.

Buzovna sakinləri bununla kifayətlənmək fikrində deyillər. Axı "Torpaqların icarəsi haqqında" qanunun beşinci bəndinə əsasən, Xəzər dənizinin sahil zonası, o cümlədən əhalinin müalicəsi və istirahəti üçün nəzərdə tutulan ərazilər dövlət mülkiyyətindədir. Amma təəssüflər olsun ki, Abşeronda vəziyyət o həddə çatıb ki, praktiki olaraq sahilə bütün girişlər, qanuna zidd olaraq, şəxsi villa və obyektlərin hasarları ilə bağlanıb, sadə vətəndaşlar sərbəst şəkildə Xəzər dənizinə gedə bilmirlər.


MANŞET XƏBƏRLƏRİ