Rusiya DİN Rövşən Əsgərovu axtarışa verdi


Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.

Turkustan.az xəbər verir ki, bu barədə TASS malumat yayıb.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. Məlumatda qeyd olunurdu ki, R.Əsgərov öz Feysbuk səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb. (axar.az)


MANŞET XƏBƏRLƏRİ