Erməni ziyalıları Paşinyana səsləndi: "Heç bir “əmma” olmadan sülh tələb edirik"

Erməni ziyalıları Paşinyana səsləndi:

Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Epress.am” məlumat yayıb.

“Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur.

Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir”, - müraciətdə deyilir.

Onlar daha sonra müraciətlərində yazıblar: “Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”./Report 


MANŞET XƏBƏRLƏRİ