Zelenski 250-dən çox partlayıcı aşkar edən iti medalla təltif etdi - VİDEO+FOTO


Rusiya müharibəsi başlayandan bəri 250-dən çox partlayıcı aşkar edən Boss adlı it Ukraynada prezident Zelenski tərəfindən medalla təltif edilib.

Türküstan.azxəbər verir ki, eyni zamanda müharibə başlayandan bəri İnstaqramda 210 min izləyicisi olan it sosial media fenomeninə çevrilib.Rusiyanın 3 aya yaxındır işğalında olan Ukraynada dünən maraqlı anlar yaşanıb. Ölkənin ekspert minaaxtaran iti Patronu prezident Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında medalla təltif edib.

Ukrayna hökumətinin bəyanatına görə, iki yaşlı Jack Russell Terrier Ukraynada müharibə başlayandan bəri Çerniqovda 250-dən çox rus partlayıcısının aşkar edilməsinə kömək edib.

Zelenski'den Rus mayınlarını tespit eden köpeğe devlet nişanı


MANŞET XƏBƏRLƏRİ