Azərbaycanda məktəblər açılır: bu tarixdə


Caliber.Az Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağı tarixləri açıqlayıb.

Təhsil Nazirliyi tərəfindən sabah keçiriləcək brifinqdə bəyan olunacaq bu məsələ ilə bağlı artıq müvafiq qərar qəbul edilib.

Beləliklə də, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə dərslərə başlanacaq.

Verilən qərarlarla bağlı bütün detalların Təhsil Nazirliyi tərəfindən sabah saat 14:00-da keçiriləcək brifinqdə açıqlanacağı gözlənilir.


MANŞET XƏBƏRLƏRİ