Hitlerin sevimlisi olan azərbaycanlı - FOTO


Bu foto ikinci dünya müharibəsi illərində çəkilib. Alman dövlətinin başçısı Hitler, yanında oturan isə Azərbaycanda anadan olan, Hitler kinosunun "1 nömrəli kino ulduzu" sayılan Olqa Konstantinova Çexovadır.

Ölkə.az Olqa Çexova haqda dosent Zaur Əliyevin araşdırmasını təqdim edir:

O.Çexova 1897-ci ilin 13 aprelində, Qərbi Azərbaycanda, Gümrü ərazisində dünyaya göz açıb. Sonra Gümrüdən Bakıya köçüb, bir müddət burda yaşayıb, 16 yaşında Petroqrad, sonra Moskvaya gedib, burda teatr təhsili alaraq Almaniyaya yollanıb.

Almaniyada oynadığı "Foqled qəsri" filmindəki roluna görə Hitlerin bəyəndiyi aktrisası olmuşdur. Heç bir dəstəyi olmayan, alman dilini mükəmməl bilməyən gözəl və ağıllı rus əvvəlcə alman kinosunun ulduzlarından birinə, sonra isə Üçüncü Reyxin "dövlət aktrisası"na çevrilir.

Olqa Çexovanı Hitlerin özü də çox sevir, ona diqqət və qayğı göstərirdi. Adolf Hitler Olqa Çexovanı şəxsən bütün dövlət ziyafətlərinə, qeyri-rəsmi tədbirlərə dəvət edir, onunla yanaşı əyləşirdi.

Yalnız İkinci Dünya müharibəsindən sonra məlum oldu ki, Qərbi Azərbaycanda dünyaya gəlmiş Olqa Çexova sovet kəşfiyyatının agenti imiş. Alman kəşfiyyatı müharibənin son günlərində Olqa Çexovanın Stalinin Hitlerin yanındakı agenti olmasından xəbər tutur. Qadının sürücüsü almanlar tərəfindən həbs edilmişdi. Olqa özü isə gecə ikən Berlindən qaçmağı bacarmışdı.

O, 1945-ci ilin 27 aprelində təyyarə ilə Moskvaya gətirilir. İki ay sonra isə Berlinə göndərilir – Şərqi Berlinə, Sovetlərin nəzarətində olan hissəyə. Lakin Olqa sonunda Sovetlərlə əlaqəni kəsib, onların əlindən qaçmağı bacarır. 1949-cu ildə Bavariyaya, Münhen şəhərinə köçür və "Olga Tschechowa Kosmetik" adlı kosmetika şirkəti qurur. Eyni zamanda aktyorluğa davam edir və 20-dən çox filmdə köməkçi rollar oynayır.

309430


MANŞET XƏBƏRLƏRİ