Azərbaycanlı ixtiraçıdan dünyanı şoka salacaq kəşf - FOTO


Fizikanın heç bir fundamental qanunlarını pozmadan, kənardan hər hansı bir enerji götürmədən daim özü-özlüyündə fırlanıb enerji verən qurğu hazırlamışam. Yəni daimi mühərrik. Yaxın zamanlarda qurğudan iki ədəd də yığıb, mühərriki sınaqdan keçirmək istəyirəm.

Turkustan.az xəbər verir ki, bunu qurğunun müəllifi Əhməd Nəsibov deyib.

"Bəşəriyyət özünü tanıyandan daim müftə işləyən qurğu barədə düşünüb. Minlərlə ixtiralar mövcuddur. Lakin onlardan heç biri real işləməyib. Hətta belə ixtira müəllifləri arasında tarixdə adlı-sanlı şəxslərin də adları hallanır. Əlbəttə ki, elmi sahədə fırıldaqçılar dəstəsi də var-dövlət qazanmaq üçün belə ixtiraları cəmiyyətə sırımaq istəyiblər. Nəticədə 1770-ci ildə Fransa Elmlər Akademiyası kənardan enerji almayaraq daim öz-özlüyündə işləyən mühərrik qurğuların ixtira layihələrinə baxılmasına qadağa qoydu. Bu dövrdən sonra istənilən elm mərkəzi bu sahədə araşdırmaları dayandırdı. Nailiyyət əldə edən tək-tük yaradıcı şəxslər ya müəmmalı vəziyyətdə dünyasını dəyişdi, yaxud da ixtiraların sirrini heç kəslə paylaşmadıqları üçün itirildi. Bu səbəbdən də ixtiranı açıq şəkildə paylaşmışam. Mənim işim fizikanın heç bir fundamental qanununu pozmur", - Nəsibov bildirib.

/axar.az/


MANŞET XƏBƏRLƏRİ