Bir uşaq rəsmu çək Ümmət Qaraca


Hərracda 450 min dollara satılan əsərin müəllifi

Onu uzun zamandır sosial mediyadan tanıyıram, amma üz-üzə görüşmək demək ki, bu günə, doğum gününə qismət imiş. Aradım, Balatdayam dedim, şirin Qarayazı ləhcəsi ilə ""Çukur"un çəkildiyi tərəfə gəlin, mən qapıdan baxeyrəm" dedi, soraqlaya soraqlaya gəlib çatdım ünvana.Əsərləri uzaq Amerikadan Çinə qədər məşhur olan, amma heç bir fəxri adı və mükafatı olmayan, otuz ildir İstanbulda yaşayan, sənətinin zirvəsində olmasına rəğmən olduqca təvazökar, tanınmış Azərbaycanlı rəssam, incə sənətin ustad ismi, Qarayazının dəyərli evladı Ümmət Qaracayla görüşdüm, içəri dəvət etdi.

Açıklama yok.

Birinci mərtəbədəki salondakiçik stolun üstündə doğranmış meyvə, qoz, fındıq, kaju fıstığı, ərik qurusu və bir qədəh də içki vardı, "sizdən öncə bir dostum gəlmişdi, bir az söhbət etdik, indicə yola saldım" dedi. Ümmət bəy, neçə yaşınız tamam olur, sordum, "1956 təvəllüdəm, neçə oler", dedim 66 doldu, "o qədər oldumu, ömür nə tez gəldi keçdi", deyib gözləri yol çəkdi... Yalnız yaşadığını bilmirdim, amma sosyal mediyada qızının şəklini paylaşmışdı bir dəfə, mən də nədən yalnızsınız, uşaqlarınız burada deyilmi deyə sordum. Dörd qızım, yeddi nəvəm var, dördü də bir birindən gözəl, hamısı ailəlidir, ikisi Rusiyada, biri Gürcüstanda, biri Azərbaycanda, mən burada otuz ildir tək yaşayıram. Uşaqlarımı çox sevirəm, amma gərək ya yaxşı ata olaydım, ya da yaxşı rəssam, mən ikincini seçdim, sənətimi hər şeydən çox sevirəm, fırçam və palitram da mənim evladlarımdır, onlarsız yaşaya bilmərəm.

Açıklama yok.

Bu arada Rusiyada yaşayan nəvəsi telefonla arayıb, babasını doğum günü münasibətiylə təbrik etdi. Söhbətimizə davam edirik,

İlk rəsmi nə vaxt çəkmisiz?

Mən müsahibə vermək istəmirəm.

Niyə?

Utanıram özüm haqqında nəsə deməyə, doğrudur, Türkiyədə tanınmış rəssamam, amma özüm haqqında danışanda utanıram, nə böyük iş görmüşəm ki, rəsm çəkirəm də.

Niyə elə fikirləşirsiniz, bu çox incə və böyük əmək istəyən bir sənətdir, sizin rəsmləriniz isə çox möhtəşəmdir.

Bir az fikrə daldıqdan sonra.., mən Qarayazıda, təbiətin ecazkar güşəsində, Qara Təklə kəndində anadan omuşam, üç qardaş olmuşuq ailədə və sadəcə mən rəssamam. İlk dəfə 5-ci sinifdə oxayanda ağac şəkli çəkmişdim, sonra da yavaş-yavaş daha fərqli rəsmlər çəkməyə başladım, mən rəssam olacağımı bilmirdim, hələ də inana bilmirəm professional rəssamam, bu sənətin elə incəlikləri var ki, onları hələ yeni-yeni çözürəm. Mən Gürcüstandakı Rəssamlıq Texnikumunu bitirmişəm, doğrudur, bilikli olmaq çox yaxşıdır, amma gözəl rəssam olmaq üçün istedad lazımdır, bu ilahi bir yetənəkdir.

Açıklama yok.

İstanbul həyatı necə başladı?

1992-ci ildə İstanbula gəldim, təbii ki, hamı kimi yeni gəldiyimdə mən də bir çox çətinliklərlə qarşılaşdım, çox əziyyətlər çəkmişəm, həyat heç də uşaq vaxtı düşündüyüm qədər rahat deyilmiş. Çox çalışdım, gecə-gündüz, 1993-cü ildə ilk dəfə TÜYAP-da (İstanbulda bütün iri miqyaslı sərgilərin keçirildiyi yer) ümumi sərgiyə qatıldım, 1995-ci ildə isə şəxsi sərgim oldu, daha sonra 1997-ci ildə Ankarada Rəsm Heykəl Muzeyində, 2002-ci ildə Antaliya Memarlar Odasında, açıqcası, tam olaraq yerlərini unutmuşam, amma ümumilikdə Türkiyədə 20 dən çox sərgim olub.

Bəs Türkiyə xaricində?

2019-cu ildə Şimali Kiprdə Müasir Sənət Muzeyində sərgim olub, həmin muzeydə üç əsərim var, onların sertifikatları da var məndə.

Açıklama yok.

Daha çox nəyi çəkməyi sevirsiniz, portret, mənzərə və yaxud...

Vallah, mən ayıra bilmirəm, fərqli mövzularda işlədiyim rəsm əsərlərini görənlər deyirlər ki, bunu nə qədər gözəl çəkmisiz, valeh olurlar, dedim axı, mən özüm haqqında danışanda utanıram, elə bilirəm deyəcəklər özünü tərifləyir, amma doğrudan belə olur. Hər bir rəsm əsərini gözəl yaratmaq üçün ilk öncə sevgi olmalıdır, işi sevərək görmək lazımdır, onda istədiyin nəticəni əldə edirsən. Məsələn, təbiət mənzərəsi çəkmək istəyəndə fırçamı və palitramı alıb çəkilirəm təbiətin sakit, gözəl bir güşəsinə, orada duyğularımla istedadımın vəhdəti mənə daha çox enerji verir, ümumiyyətlə əsərlərimi təbiət qoynunda çəkməyi sevirəm.

Açıklama yok.

Tanınmış adamlardan kimin portretını çəkmisiz?

Atatürkü çox sevirəm və onun bir neçə dəfə portretini çəkmişəm, hətta bir dəfə 2007-ci ildə bir Vəqfin xeyriyyə məqsədi ilə təşkil etdiyi hərraca çəkdiyim Atatürk portreti ilə qatıldım və həmin əsəri Türkiyəli iş adamları 450 min dollara aldılar, oradan mənə bir qəpik də vermədilər, bunun üçün üzülmürəm də, sadəcə ona üzülürəm ki, Türkiyə və Azərbaycan mətbuatında bu barədə yazanda adımı qeyd etmədilər, əsərin mənə məxsus olduğunu yazmadılar, bu çox ağırıma getdi. Dünyanın bir çox yerlərindən Fransadan, İtaliyadan, Yunanıstandan, Hollandiyadan, Rusiyadan, Amerikadan, Çindən və başqa ölkələrdən portret sifarişləri alıram və yaratdığım əsərlər böyük məmnunluqla qarşılanır. Məsələn, sifarişlə VODAFONE və HUAWEI şirkətlərinin baş direktorlarının portretini çəkib özlərinə göndərmişəm, çox bəyəniblər, hətta bunun üçün mənə xüsusi təşəkkür ediblər.

Açıklama yok.

Rəsmlərinizin satışını necə təşkil edirsiz?

Əsasən sifariş rəsmlər çəkirəm, bir də hərracda satılır, yoxsa mən gedib haradasa əsərlərimi satmıram.

Hansısa fəxri adınız və yaxud mükafatınız varmı?

Gülür... Heç bir fəxri adım və mükafatım yoxdur, buna ehtiyacım da yoxdur, bir tək Şimali Kipdə sertifikat almışam, sadəcə bu var. Allaha şükür, burada məni hər kəs tanıyır, çünki sənətimə sevgimi və həyatımı vermişəm, insanların sevgisi mənə yetər (çox mütəvazi danışır), bir də, bir-birindən dəyərli dostlarımın sevgisi var, məsələn, həmkəndlim, şair dostum Allahverdi Təkləli mənə bir şeir yazıb (telefonu açıb bədii qiraətçi Ayna Məmmədovanın ifa etdiyi "Bir uşaq rəsmi çək Ümmət Qaraca" şeirini dinlədir. Şeir həqiqətən çox gözəldi və ikimizi də duyğulandırır, təkrar qulaq asırıq), sağ olsunlar dəyər verirlər, amma utanıram, məni çox tərifləməsinlər, sıradan bir rəssamam (elə mən də sənətkarı çətinliklə danışdırıram, deyir utanıram, məndən yazmayın).

Açıklama yok.

Azərbaycanla əlaqələriniz necədir, gedib gəlirsinizmi?

Çox nadir, amma millətimi, dövlətimi, vətənimi sevirəm və Azərbaycanlı olduğumla həmişə qürur duyuram. 44 günlük Vətən Savaşında çox böyük həyəcan keçirdim, şükürlər olsun ki, qələbə bizim oldu. Şəhidlərimizə, qazilərimizə və ordumuza minnətdaram, inşallah bu qələbəni əks etdirən rəsmi də çəkəcəm.

Uzun bir yaradıcılıq yolu keçmısiniz, özünüzü necə dəyərləndirirsiz, gördüyünüz işlərdən razısınızmı?

Özümü çox sevirəm, hətta bir neçə portretimi də çəkmişəm, amma özümdən razı deyiləm, bayaq dediyim kimi, bəzi şeyləri hələ yeni-yeni öyrənirəm, rəssamlıq elə bir sənətdir ki, təxəyyül hər keçən gün daha da inkişaf edir, yeniliklər insanı daha da mükəmməlləşdirir. Gələcək üçün elə bir fərqli planlarım yoxdur. Ömrümün qalan hissəsini sağlam yaşamaq istəyirəm, bunun üçün səhhətimə çox diqqət edirəm.

Doğum günümdə məni yalnız buraxmadığınız üçün təşəkkür edirəm, yaxşı ki, gəldiniz, sizinlə bərabər xatirələrə daldım bir az.

Mən təşəkkür edirəm, yaxşı ki, varsız.

Yaqut Misirxanlı

İstanbul, Balat

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ