Avropada yoluxma halları yenidən ARTIR


İspaniya və Portuqaliyada COVID-19-a yoluxma halları və xəstəxanaların doluluq nisbəti yenidən artmağa başlayıb.

Turkustan.azxəbər verir ki, asimptomatik hallarda karantinin ləğv edildiyi, qapalı məkanlarda tibbi maskalardan istifadənin sona çatdığı İspaniyada yenidən yoluxma sayının artması diqqət çəkib.

Səhiyyə Nazirliyi aprelin 1-dən etibarən yalnız 60 yaşdan yuxarı əhalini əhatə edəcək COVID-19 məlumatlarını paylaşsa da, son iki həftədə yoluxma sayının təxminən iki dəfə artdığı müşahidə edilib.

Bildirilib ki, ölkədə hər 100 min nəfərdə aşkar edilən yeni COVID-19-a yoluxanların sayı iki həftə əvvəl 459 olduğu halda, hazırda 813-ə (77 faiz artım) çatıb.

Pireney yarımadasının digər ölkəsi Portuqaliya yoluxma ilə bağlı həyəcan təbili çalmağa başlayıb.

Səhiyyə Baş İdarəsinin məlumatına görə, 26 aprel-2 may tarixlərində ölkədə 76 183 nəfərdə koronavirusa yoluxma halları bir ilin eyni dövrü ilə müqayisədə 27 dəfəyə yaxın artıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ