"Cəlaləddin Rumi monqolların casusu olub, niyə ona Mövlanə deyirik?"- Elşad Miridən ŞOK SÖZLƏR


"Biz Allaha Mövlana deyirik. Mövlanımız Allahdır. Mövlanə ancaq Allah üçün işlənir. Monqolların casusu olan Cəlaləddin Rumiyə bu gün biz mövlanə deyiriksə, Xaşxaşilərin bir nümayəndəsi olan Şəmsi Təbrizini qaldırıb insanlara ovliya və Allah dostu olaraq təqdim edib aşılıyırıqsa, bunun özü bir problemdir".

Turkustan.azxəbər verir ki, bu fikirlər ilahiyyatçı Elşad Miriyə aiddir.

O, monqolların casusu olan Cəlaləddin Ruminin İslamı gətirməsi fikrinə etiraz edib:

"Cəlaləddin Ruminin İslamı gətirməsini demək, VII əsrdə gəlmiş "Qurani Kərim"i inkar etməkdir. Öz yazdığı kitabın müqəddiməsində özünün Allah tərəfindən yazıldığını iddia edir. Allah Quranda deyib ki, mən sizi bu kitabdan haqq-hesaba çəkəcəyəm. Mövlanə dediyiniz şəxsin hansısa kitabından deyil...6 əsr əvvəl padşahlar öz qardaşlarını öldürmədilərmi? Bu İslam və dindirmi?

Bunun İslama görə olduğunu haqq qazandırmaq olar? Şeyxülislamlar fətva verib. Fətva verməyənlərin başı gedib. Muşiddin İbn Arari deyilən şəxş (məşhur adı İmam Sin) yazdığı kitablarda qadının cinsi orqanlarında Allahı tapdığını deyir. Burada məntiq, doğruluq görmək olarmı?".

İlahiyyatçı Allaha şərik qoşulan və insanlara bilərəkdən sırınan "Quran"dan kənar fikirlərə də münasibət bildirib:

"Dünyanın gördüyü və Quranın bizə tanıtdığı İslam var. Adam universitetə daxil olmaq istəyir. Imtahanlara hazırlaşmaq əvəzinə gedib "Ətağa cəddinə qurban olum"deyə, pirlərdən kömək istəyir. Cəlil Məmmədquluzadənin bir əsr əvvəl dediyi fikirlərin bu gün yenə də şahidi oluruq. Azərbaycanda məşhur olan Beyləqandakı Cərcis pirini bir qədər araşdırmış olsanız, ölkəmizdə ilk dəfə xristianlığı Ceorcis yayıb.

Adamlar bu gün gedib o pirdən yardım istəyir. Yəməndə qəbri olan Veysəl Qaraninin Ağdaşın bir kəndində Veys baba deyə insanlara sırındığının şahidi oluruq. Allahın endirdiyi din bir kənarda qalır, insanların uydurduğu din görünür". /Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ