Tural Turanın yeni kitabının təqdimatı keçilirdi - FOTOLAR


Bugün "Teleqraf Media Holdinq"də yazıçı, şair, prezident təqaüdçüsü Tural Turanın "Möhtəşəmliyin Çöküşü" adlı şeir kitabının təqdimatı və imza günü keçirildi.

Türküstan.az xəbər verir ki, tədbiri yazıçı, şair, publisist Qurban Yaquboğlu açıdı. O, T.Turanın yaradıcılığını yüksək qiymətləndirərək, bu tədbirin moderatorluğunu etməkdə şad olduğunu bildirdi.

Təqdimat mərasimində "Teleqraf Media Holdinq"in rəhbəri Aynur Camalqızı Tural Turanı şair kimi də, jurnalist kimi də yüksək qiymətləndirdi.

Həmçinin şair Rüstəm Behrudi, araşdırmaçı jurnalist Aydın Can, sənətşünas Fəxri Məmmədzadə, kitabın ön sözünün müəllifi, şair Emil Rasimoğlu şair, yazıçı, publisist Ümid Nəccari, şair, yazıçı, publisist Ulucay Akif, yazıçı, şair Səttar Temuçin, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Ağ Partiya"nın sədri Tural Abbaslı çıxış etdi. Tural Turan təqdimatda öz şeirlərini səsləndirdi. Şair iştirakçılara öz təşəkkürünü bildirdi. Böyük maraqla keçən tədbir şairin kitabları imzalaması ilə yekunlaşdı.

Xatırladaq ki, bu Tural Turanın biri özbəkcə olmaqla sayca altıncı kitabıdır.


MANŞET XƏBƏRLƏRİ