Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

VII Yazı

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Mü­səl­man­lar ara­sın­da məz­həb­lə­ra­ra­sı mü­ba­ri­zə­ni, o cüm­lə­dən şiə-sün­ni mə­sə­lə­si­ni bir­mə­na­lı şə­kil­də pis­lə­yən Sultan Məcid Qə­ni­za­də açıq şə­kil­də ya­zır­dı ki, bu­nu or­ta­ya sa­lan­lar əsil mü­səl­man ola bil­məz­lər. Çün­ki mü­səl­man­la­rın ki­ta­bı da, pey­ğəm­bə­ri də bir­dir. Bu an­lam­da mü­səl­man­la­rın sün­ni və şiə ad­la­rı al­tın­da bir-bir­lə­ri­ni öl­dür­mə­lə­ri­ni cə­ha­lət ad­lan­dı­ran Qə­ni­za­də ya­zır­dı: "Al­la­hı se­vir­si­niz­sə, Ömər ilə Əli həz­rət­lə­ri­ni rüs­vay et­mə­yə­si­niz. Öz za­man­la­rın­da o cə­nab­la­rın­­dan baş ve­rən əməl­lər in­di gah is­lam və gah əc­nə­bi ta­rix­çi­lə­ri­nin sər­dəf­tə­ri ol­muş ikən, si­zin ki­bi ca­hil­lər bu kə­sa­fə­ti-bə­şə­riy­yə ilə on­lar ki­bi ali cə­nab­la­rı müa­xə­zə et­mək şa­yəs­tə de­yil…. Ələl­xü­sus ki, in­di dörd yüz il­dir ki, bu bi­hu­də mə­sə­lə söy­lə­nib-söy­lə­nib axır bir sə­mə­rə ver­mə­di­yi xud mü­zurr ol­du­ğun sü­but edir". [1]

O, "Al­lah xo­fu" əsə­ri­nin möv­zu­su­nu da re­al hə­yat­dan gö­tü­rüb təs­vir et­mək­lə ya­na­şı, cə­miy­yə­tin prob­lem­lə­ri­nin həl­lin­də çı­xış yo­lu ki­mi is­lam di­ni­ni, konk­ret ola­raq Qu­ra­nı gös­tər­miş­di. Ona gö­rə, in­san­lar Al­la­hın qoy­du­ğu şə­ri­ət­lə get­sə, cə­miy­yət da­xi­lin­də elm in­ti­şar tap­sa in­san­lıq şə­rə­fi və vic­dan is­mə­ti də it­məz: "Am­ma çi­fay­da! Elm və şə­ri­ət ha­la o də­rə­cə­də in­ti­şar tap­ma­yıb­dır ki, ha­mı in­san­lar in­san­lıq şə­rə­fi­ni an­la­yıb, vic­dan is­mə­tin sax­la­ya bil­sin­lər". [2]

O, İs­lam­da qa­dın mə­sə­lə­si­nə də xü­su­si diq­qət ye­tir­miş­dir. Onun fik­rin­cə, İs­lam dün­ya­sın­da ne­çə əsr­lər­dən bə­ri da­vam edən bu adə­tə son qoy­maq la­zım­dır. Çün­ki qa­dın­la­rın azad­lıq­la­rı­nın əlin­dən alın­ma­sı son nə­ti­cə­də mil­lə­tin in­ki­şa­fı­na zər­bə vur­muş­dur. Qə­ni­za­də ya­zır­dı: "Fil­hə­qi­qə bə­zi mil­lət­lər ara­sın­da qa­dın tay­fa­sı hür­riy­yət sə­mə­rə­sin­də bi­nə­sib ikən, bə­zi hü­quq­dan məh­rum qal­mış­lar. Biz Qaf­qa­zi­ya mü­səl­man­la­rı­nın ara­sın­da qa­dın ça­ğır­dı­ğı­mız meh­ri­ban can­lar, ana­lar və ba­cı­lar übu­diy­yət qeyd­lə­rin­də bağ­lan­ma­la­rı zülm və fə­zi­hət­dir və bun­ca na­gü­va­ra adət­lər şə­ri-Mə­həm­mə­di­yə bə­rəks ol­duq­da təd­ric ilə is­lam mil­lət­lə­ri­nin ara­sın­dan tərk ola­ca­ğı­na eti­mad çox­dur". [3]

An­caq o, ki­şi­lər­lə qa­dın­la­rın ta­ma­mi­lə bə­ra­bər­hü­quq­lu ol­ma­sı mə­sə­lə­si­nə gə­lin­cə, bu­ra­da bir qə­dər fərq­li möv­qe­dən çı­xış edir­di. Qə­ni­za­də­nin fik­rin­cə, ki­şi ilə qa­dın ara­sın­da baş­lan­ğıc­dan mü­əy­yən fərq ol­du­ğu üçün, in­di də bə­zi mə­sə­lə­lər­də ki­şi qa­dın­dan üs­tün­dür: "Dün­ya­da hər bir za­tın tə­rəq­qi­si üçün bir şərt möv­cud ikən hə­min tə­rəq­qi­nin tək­mi­li üçün həm bir də­rə­cə mü­əy­yən­dir. Ha­kə­za qa­dın mə­sə­lə­si hür­riy­yət və in­saf üs­tün­də bi­na tut­duq­da mə­də­niy­yət alə­min­də bir də­rə­cə­yə­cə ça­ta­ca­ğı­na həm eti­mad çox­dur, am­ma ame­ri­ka­lı­lar is­tət­di­yi bə­ra­bər­lik də­rə­cə­si­nə­cən yox. Zi­ra ki, ümu­mi in­sa­niy­yət üçün hür­riy­yət müt­lə­qən müm­kün ol­ma­dıq­da, qa­dın­la ki­şi ara­sın­da hər bir cə­hət­cə bə­ra­bər­lik müm­kün de­yil­dir". [4]

Qə­ni­za­də Cüm­hu­riy­yə­ti döv­rün­də də mil­lət və­ki­li ki­mi, ən çox diq­qə­ti "İs­lam bir­li­yi"nə yö­nəlt­miş və Türk-İs­lam məf­ku­rə­si­nin sin­te­zin­dən çı­xış et­miş­dir. Bu ba­xım­dan, 1917-1920-ci il­lər­də möv­cud olan "İt­ti­had" par­ti­ya­sı­nın li­der­lə­rin­dən bir ki­mi Qə­ni­za­də he­sab edir­di ki, İs­lam bay­ra­ğı­nın ucal­ma­sın­da Türk qövm­lə­ri müs­təs­na rol oy­na­mış­dır. O, par­la­ment­də­ki bir çox çı­xış­la­rın­da bə­yan edir­di ki, "İs­lam bir­li­yi" mə­sə­lə­sin­də apa­rı­cı rol türk­lə­rə məx­sus­dur.

Azər­bay­can So­vet Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal olun­duq­dan son­ra da mə­də­ni-maa­rif iş­lə­ri­ni da­vam Qə­ni­za­də, an­caq SSRİ rep­res­si­ya­­sın­dan qur­tu­la bil­mə­miş­dir. Be­lə ki, onun vax­ti­lə is­lam­çı­lıq, o cüm­lə­dən türk­çü­lük­lə bağ­lı çı­xış­la­rı 1937-ci il­də rep­res­si­ya olun­ma­sı il nə­ti­cə­lən­miş­dir. Be­lə­lik­lə, öm­rü­nün bö­yük bir his­sə­si­ni xal­qı­nın maa­rif­lən­mə­si­nə və sa­vad­lan­ma­sı­na həsr edən Qə­ni­za­də bu yol­da, sö­zün hə­qi­qi mə­na­sın­da şə­hid ol­muş­dur.

Azər­bay­can Türk mü­tə­fək­ki­ri Ha­şım bəy Və­zi­rov (1867-1916) "Ta­zə hə­yat", "Sə­da" və di­gər qə­zet­lər­də çı­xan ya­zı­­lar­­ın­da if­rat mü­ha­fi­zə­kar­la­rın və if­rat qərb­pə­rəst­­lə­rin möv­qe­lə­ri­ni tən­qid et­miş­dir. Ona gö­rə, İs­lam də­yi­şil­məz­dir, la­kin tə­rəq­qi­yə qar­şı de­yil­dir, ək­si­nə, in­ki­şa­fın tə­rə­fin­də­dir. Yal­nız bu di­ni mü­kəm­məl bi­lən şəxs­lər an­la­yar ki, mü­səl­man alə­mi­nin ha­zır­da ge­ri­də qal­ma­sı­nın ba­is­ka­rı İs­lam de­yil, baş­qa amil­lər­dir. [5] O, bu amil­lə­ri ək­sər mü­səl­­man­­la­rın avam­lı­ğın­da, ca­hil­li­yin­də və ya­lan­çı ru­ha­ni­lə­rin əməl­lə­rin­də gör­müş­dür.

Onun fik­rin­cə, "mü­səl­man­lar qar­daş­dır­lar" prin­si­pi sa­yə­sin­də mü­səl­man xalq­la­rı ilk vaxt­lar ba­rış və ri­fah isər­çi­sin­də ya­şa­mış­lar. La­kin son­ra­lar Qu­ra­ni-Kə­ri­min əmr­lə­ri­ni unu­dan des­po­tik hökm­dar­lar və bə­zi din adam­la­rı İs­la­mın adın­dan sax­ta hökm­lər uy­dur­muş­lar. H.Və­zi­ro­vun fik­rin­cə, bu­nun­la da əv­vəl­lər nə qə­dər sü­rət­lə is­la­miy­yət tə­rəq­qi edib irə­li get­miş­di­sə, son əsr­lər­də ona bən­zər bir su­rət­lə da­ğıl­ma­ğa, tar-mar ol­ma­ğa üz qoy­muş­dur. [6] Be­lə dö­nəm­də mü­səl­man mü­tə­fək­kir­lə­ri ya­ran­mış və­ziy­yət­dən çı­xış yo­lu ax­tar­ma­ğa baş­la­mış, nə­ti­cə­də 19-cu əsr­də İs­lam­da is­la­hat ide­ya­sı or­ta­ya çıx­mış­dır. Onun fik­rin­cə, ic­ti­ma­iy­yət­çi, ye­ni­pə­rəst, bir söz­lə is­la­hat­çı ol­maq isə İs­la­mın əsas­la­rı­na zidd de­yil­dir. Çün­ki ic­ti­ma­iy­yət­çi və ye­ni­pə­rəst ol­maq İs­lam bər­qə­rar olan gün­dən onun ma­hiy­yə­ti­ni təş­kil et­miş­dir. O, ya­zır­dı: "Biz bü­tün mil­lət­lə­rin, bü­tün in­san­la­rın ka­mal həd­di­nə ye­tiş­mə­yi­nin və on­lar­la bir­lik­də öz mil­lə­ti­mi­zin xoş­bəxt­­li­yi­nin tə­rəf­da­rı­yıq. Biz öz mil­lət­pə­rəst­li­yi­mi­zi əsil ye­ni­pə­rəst­lik, in­san­pə­rəst­lik­də bi­na­lan­dır­­ı­rıq". [7] O ya­zır­dı ki, hür­riy­yət, mü­sa­vat və əda­lət is­la­miy­yə­tin ey­ni ki­mi qə­bul edə­rək bü­tün mü­səl­man­la­rın ri­fa­hı üçün ça­lı­şa­caq­lar: "Si­ya­si cə­hət­dən ruz­na­mə­miz tə­rəq­qi­pə­rəst­lik yo­lun­da olub mü­səl­man­la­rın haq­qın­da in­di­yə ki­mi hər nə tə­ca­vü­zat və sı­xın­tı olub­sa, on­la­rın rə­fi­nə ça­lı­şa­caq, Ru­si­yaa­da olan rus mil­lə­ti­nə ve­ri­lən hü­quq və im­ti­ya­zın ha­mı­sı­nı biz də­xi öz mil­lə­ti­miz üçün tə­ləb edə­cə­yik və hər bir iş­də bu hal­da Döv­lət Du­ma­sın­da mü­səl­man fir­qə­si tut­du­ğu mə­ram­na­mə ilə mü­ta­biq ge­də­cə­yik,… dil mə­sə­lə­si­nə gəl­dik­də müm­kün olan qə­dər ca­maa­tın ço­xu­na ta­nış ol­ma­yan söz­lər­dən, is­ti­lah­lar­dan qa­ça­ca­yıq". [8]

Əziz Mi­rəh­mə­do­va gö­rə, H.Və­zi­rov da­im ide­ya tə­rəd­düd­lə­ri için­də olan, çox vaxt bur­jua məf­ku­rə­si tə­si­ri al­tın­da ya­zan ti­pik li­be­ral bur­jua zi­ya­lı­sı ol­muş­du: "O, sin­fi sülh ide­ya­sı­nın tə­rəf­da­rı idi, is­lam di­ni və şə­riə­ti­nin "saf­lı­ğı­nı" tə­rəq­qi­nin baş­lı­ca şərt­lə­rin­dən bi­ri ki­mi irə­li sü­rür­dü, elm­lə di­ni eti­qa­dı bir­ləş­dir­mə­yə cəhd edir­di". [9] De­mə­li Və­zi­rov İs­la­mı və şə­riə­ti tə­rəq­qi­yə çat­maq üçün baş­lı­ca şərt sa­yır, elm­lə din ara­sın­da zid­diy­yət gör­mür­dü. Və­zi­ro­va gö­rə, mü­səl­man xalq­la­rı­nın bir­li­yi­ni is­tə­mə­yən­lər elm­lə di­ni bir-bi­ri­nə qar­şı qo­yur­lar, hal­bu­ki Qu­ran­da­kı hökm­lər dün­yə­vi elm­lə­rə qar­şı de­yil­dir.

Ma­raq­lı­dır ki, Ha­şım bəy sin­fi sülh ide­ya­sı­nın tə­rəf­da­rı ki­mi də çı­xış et­miş­dir. Onun fik­rin­cə, bə­şə­riy­yə­tin müx­tə­lif din­lə­rə par­ça­lan­­ma­sı yer üzün­də ba­rı­şa na­il olun­ma­sı­na ən­gəl tö­rə­də bil­məz. Ək­si­nə, bü­tün sə­ma­vi din­lər yal­nız sülh ide­ya­sı­nı təb­liğ və mü­da­fiə edir­lər. Din­lə­rin ba­rış­çı mis­si­ya­sı­nı da­na­na­lar, di­ni inanc­la­rı əda­vət mən­bə­yi sa­yan­lar isə mark­sist­lər və di­gər if­rat sol qüv­və­lər­dir. Mü­tə­rəq­qi is­lam­çı­la­ra me­yil edən H.Və­zi­rov if­rat tə­rəq­qi­çi­lə­ri (M.Şah­taxt­lı), "mol­la­nəs­rəd­din­çi"lə­ri (C.Məm­məd­­qu­lu­za­də və b.) yer­li-yer­siz mü­səl­man zi­ya­lı­la­rı­na, mü­səl­man mil­lət­çi­lə­ri­nə, mü­səl­man mül­kə­dar­la­rı­na (H.Z.Ta­ğı­yev və b.) sa­taş­maq­da it­ti­ham et­miş­di. [10]

"İs­lam bir­li­yi"ni doğ­ru he­sab et­mə­yən­lə­rə ca­vab ola­raq H.Və­zi­rov ya­zır­dı ki, in­gi­lis­lər, rus­lar, ita­li­yan­lar və di­gər əc­nə­bi xalq­lar bu mə­sə­lə­də mü­səl­man alə­mi­nə qar­şı möv­qe tut­sa­lar da, ar­tıq bə­zi mü­səl­man öl­kə­lə­ri (Əq­fan­sı­tan, Mə­ra­keş, Os­man­lı Tür­ki­yə­si və b.) İs­lam bir­li­yi­nə doğ­ru qə­dəm qoy­muş­lar. Onun fik­rin­cə, xris­ti­an mil­lət­lə­ri it­ti­faq ya­rat­dıq­la­rı dövr­də mü­səl­man­la­rın da ey­ni amal uğ­run­da bir­ləş­mə­yə cəhd gös­tər­mə­lə­ri tə­bii hal­dır. An­caq ma­raq­lı­dır ki, xris­ti­an mil­lət­lər öz ara­la­rın­da it­ti­faq ya­rat­dıq­da bu­nu mü­səl­man­lar üçün təh­lü­kə ki­mi gör­mür­lər. Ey­ni ad­dım­la­rı mü­səl­man mil­lət­lər at­dıq­da isə, xris­ti­an mil­lət­lə­rin mü­tə­fək­kir­lə­ri tə­rə­fin­dən bu, dər­hal xris­ti­an­lar üçün təh­lü­kə mən­bə­yi, hət­ta dün­ya üçün zə­rər­li amil sa­yı­lır. Ona gö­rə də Ha­şım bəy mü­səl­man xalq­la­rı kə­nar qüv­və­lə­rin oy­nu­na gəl­mə­mə­yə, on­la­rı ən azı di­ni-mə­nə­vi bir­li­yə na­il ol­ma­ğa ça­ğı­rır­dı.

Ma­xiz­mə (Max və Ave­na­ri­us id­dia edir­di­lər ki fəl­sə­fə­də ma­te­ria­lizm və idea­lizm­dən yük­sək­də da­ya­nan üçün­cü xətt ya­ra­dıb­lar) rəğ­bət bəs­lə­yən Əh­məd Mid­hət Rü­fə­tov "Ta­rix və hə­qi­qət" mə­qa­lə­sin­də ya­zır­dı ki, tə­bi­ət və cə­miy­yət Al­lah tə­rə­fin­dən ida­rə olu­nur və bu­ra­da ob­yek­tiv qa­nu­na­uy­ğun­luq­lar­dan söh­bət ge­də bil­məz. O, ya­zır­dı: "Bə­şə­riy­yə­tin is­tiq­ba­lın­da, hö­kü­mət­lə­rin və mil­lət­lə­rin tə­ka­mü­lün­də bir məq­səd ara­yan, bu­ra­da bir məq­səd və qa­yə ola­ca­ğı­nı təs­diq edir de­mək­dir. Bu ki­mi qa­yə tə­səv­vür edə bil­mək üçün bu qa­yə­nin kai­nat və bə­şə­rin föv­qün­də və on­la­rın ira­də­sin­dən müs­tə­qil bir "möv­cud" tə­rə­fin­dən məz­kur qa­yə­yə doğ­ru sövq edil­di­yi­ni qə­bul et­mək la­zım­dır. Bu "möv­cu­dat" bü­tün vəsf­lə­ri ilə... əh­li-əqai­din "al­lah" de­dik­lə­ri möv­cu­dun ey­ni­dir". [11]

Rü­fə­tov da­ha son­ra ya­zır­dı ki, bə­şə­riy­yə­tin tə­ka­mü­lü üçün gös­tə­ri­lən qa­yə, an­caq ən cü­rət­li mü­hər­rir­lə­rin xə­ya­lı­na sı­ğa bi­lər. Çün­ki bö­yük alim­lə­rin, mü­tə­fək­kir­lə­rin və­zi­fə­si bə­şə­riy­yə­tin eh­ti­yac­­la­rı­na ən uy­ğun gə­lən hə­yat düs­tur­la­rı­nı bu­lub və gös­tər­mək­dir. [12] O, ya­zır­dı: "İn­san­la­rın dai­ma mü­hit və şə­ra­it ilə uyuş­ma­la­rı sa­ir hey­van­lar­da ol­du­ğu ki­mi, üz­viy­yə­ti də­giş­mə­si su­rə­ti­lə vü­quə gəl­mə­di... in­san­lar öz­lə­ri­nə la­zım olan şey­lə­ri tə­bi­ət­dən tə­da­rük et­mək­dən isə, həm­cin­sin­dən ya­zın­da bu­lu­nan zə­if­lər he­sa­bı­na ke­çin­mə­yi da­ha qo­lay bil­di­lər... Zə­if­lər sa­yə­sin­də qəh­rə­man ro­lu­nu oy­na­yan­lar möv­qe­lə­ri­ni da­ha əmin bu­lun­dur­maq üçün yek­di­gə­rin­dən fərq­li bir çox tə­bə­qə­lər da­ha təş­kil et­di­lər. Əsr­lər­cə müd­dət bu hü­dud­lar şir­kə­ti zə­if­lə­ri so­yub so­ğa­na çe­vir­di. Bu an­dan si­nif­lər ara­sın­da­kı mülk və təs­sər­rüf qov­ğa­sı mün­tə­zəm hö­ku­mət­lə­rin təş­ki­li­nə yol aç­dı.... hö­ku­mət­lər mü­qa­vi­lə nə­ti­cə­sin­də mey­da­na gəl­di". [13]


[1]Yenə orada, s.68

[2]Yenə orada, s.124

[3]Yenə orada, s.80

[4]Yenə orada, s.80

[5]Azərbaycanmətbuattarixiantologiyası(2cilddə1cild).Bakı, "Elmvətəhsil", 2010,s.226

[6]Yenə orada, s.227

[7]Yenə orada, s.228

[8]Yenə orada, s.230

[9]Azərbaycanmətbuattarixiantologiyası(2cilddə2cild).Bakı, "Elmvətəhsil", 2011,s.101

[10]Azərbaycanmətbuattarixiantologiyası(2cilddə1cild).Bakı, "Elmvətəhsil", 2010,s.231

[11]Rüfətov Ə.M. Tarix və həqiqət."Şəlalə" jurnalı, 22 fevral, 1914-cü il, №8

[12]Yenə orada

[13]Yenə orada


MANŞET XƏBƏRLƏRİ