Pensiya çıxışı Fəzail Ağamalıya baha başa gəlir: "Məni şərləyirlər"


Sosial şəbəkələrdə Milli Məclisin deputatı Fəzail Ağamalı haqqında iddialar yer alıb.

Turkustan.az xəbər verir ki, yayılan məlumatda millət vəkilinin 246 hektar ərazini zəbt etdiyi bildirilir. Həmin ərazilərin isə şəhid ailələrinə məxsus olduğu iddia edilir.
Sözügedən iddia ilə bağlı Cebhe.info -ya danışan deputat haqqında səsləndirilən məlumatları yalan adlandırıb:

"Hamısı yalandır. Görürlər ki, mən son günlər aktivlik nümayiş etdirirəm, buna görə bilmirlər ki, mənimlə necə mübarizə aparsınlar. Görünür ki, ayrı cür cavab verə bilmirlər, şərə, böhtana başlayıblar".

Qeyd edək ki, bir müddət əvvəl deputatla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi arasında qalmaqal yaşanıb. Belə ki, Fəzail Ağamalı nazirliyin ünvanına " Çıxın deyin ki, sizin pensiyanızı biz kəsmişik. Buna görə pensiyası kəsilən vətəndaşlar bizi söyürlər", - demişdi.

Ötən gün isə parlament üzvü Milli Məclisin iclasında çıxışı zamanı Azərbaycanda pensiya yaşının aşağı salınmasını təklif edib. O, Azərbaycanda kişilər üçün pensiya yaşının 60, qadınlar üçün isə 50 yaşa endirilməli olduğunu düzgün hesab edib.


MANŞET XƏBƏRLƏRİ