Toyda hamı şoka düşdü: Gəlin bəyə zəncir taxıb oynatdı - VİDEO


ABŞ-da yaşayan Trizzy Tra və Markenzie Alexander cütlüyünün "ağa və qul" anlayışı ilə toyu bütün dünyada hiddət yaradıb. Bəydə zəncir taxan gəlinə böyük reaksiya olub.

Türküstan.azxəbər verir ki, ABŞ-ın Tennessi ştatında ailə quran Trizzy Tra və Markenzie Alexander cütlüyünün "ağa və qul" anlayışı ilə toyu bütün dünyada böyük əks-səda doğurub. Trizzy Tra şadlıq sarayına əlində kəndir, bəy Markenzie Alexander isə boynunda yaxası ilə daxil olub.

Bəy it kimi davranarkən bu anların şahidi olan qonaqlar həyatlarının ən böyük sürprizini yaşayıblar. Qonaqlar uzun müddət nə baş verdiyini anlamasa da, bəylə gəlin səhnədə qəribə hərəkətlər etməyə davam ediblər.

Toy videosunun sosial şəbəkədə yayılması böyük hiddətlə qarşılanıb. Bəzi sosial media istifadəçiləri gəlini irqçilikdə günahlandırarkən, bəzi sosial media istifadəçiləri edilənlərin əxlaqsızlıq olduğunu bildirib.


MANŞET XƏBƏRLƏRİ