Şuşada "Xarıbülbül" festivalı bu tarixdə keçiriləcək


"Şuşa ili"nin ilk böyük tədbiri "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.

Turkustan.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən Report-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.

Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində "Şuşa – 2022" beynəlxalq incəsənət, "Şuşanın 4 fəsli" ("4 seasons of Shusha") adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib.


MANŞET XƏBƏRLƏRİ