Putin beş ölkənin liderini Moskvada toplayır: Artıq biri məlumdur – Gələcək


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) may ayında Moskvada keçirilməsi planlaşdırılan yubiley sammitinə hazırlıq gedir. Sammitin vaxtı artıq bəllidir, amma daha sonra açıqlanacaq.

Turkustan.azxəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidmətinin məlumatına görə, ölkə rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında sammitə dəvətə görə təşəkkür edib.

KTMT-yə üzv olan digər dövlətlərin başçılarının Moskvaya gəlib-gəlməyəcəyi isə məlum deyil.

Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı suala belə cavab verib: "Bu barədə danışmaq hələ tezdir. Hazırlıq gedir. Sizə məlumat verəcəyik".

Sammitin mayın ortalarında keçiriləcəyi gözlənilir.

KTMT-yə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Rusiya və Ermənistan daxildir. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ