Bəy toya gecikdi, əsəbiləşən qız tərəfi qızı elə ordaca başqasına ərə verdi


Hindistanda 4 saat sonra hədsiz sərxoş vəziyyətdə toyuna gələn bəy qonaqlarla dava etdikdə gəlin tərəf əsəbiləşərək qızını elə oradaca qohumlarından birinə ərə verib.

Hindistanın Maharaştra əyalətinin Malkapur Pangra kəndində bəy toydan əvvəl dostları və qohumları ilə içkili olub. Həddindən artıq sərxoş vəziyyətdə toya təxminən 4 saat gec gələn bəy və dostları mərasimə gələrkən məkanda olan digər qonaqları dalaşaraq narahat etməyə başlayıblar.

QOHUMLARINDAN BİRİ İLƏ EVLƏNDİRİLDİ

Türküstan.azxəbər verir ki, Qızının həddindən artıq sərxoş kişiyə ərə getməsini istəməyən gəlinin atası bütün toy hazırlıqları tamamlandığından ehtiyat plan hazırlayıb. Ailənin qısa söhbətindən sonra ata qızını qohumlarından birinə ərə vermək qərarına gəlib.

TOYA 4 SAAT GECƏ GƏLDİ

Gəlinin anası "Bəy dostları ilə içkili olub və saat 4-də mərasimə gəlib dava salıblar. Qızımızı qohumlarımızdan birinə ərə verdik" deyib.

Damadın düğüne geç kalmasına sinirlenen gelin tarafı, kızlarını hemen orada başka bir akrabayla evlendirdi

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ