Xəbər saytları üçün reklam imkanları yaradılacaq


"Onlayn media subyektləri üçün reklam fürsətlərinin yaradılması istiqamətində işlər görülür".

Turkustan.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva məlumat verib. O qeyd edib ki, Medianın İnkişafı Agentliyinin müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatların davamı olacaq:

"MEDİA bu gün Azərbaycanın milli rəqəmsal təhlil platforması olan "Metrix.az" layihəsini təqdim edib. Qeyd edim ki, "Metrix.az" təhlil platforması ölkədə 50-dən çox yerli veb-saytlar və eyni zamanda sorğular vasitəsilə ölkəmizdə ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Deyə bilərik ki, bu biznes strukturları üçün etibarlı data baza kimi hesab oluna bilər". (modern.az)


MANŞET XƏBƏRLƏRİ