Sentyabrın 15-də dərslərlə bağlı VACİB XƏBƏR


Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Qarşıdan növbəti tədris ilində ənənəvi təhsil bərpa olunacaq, yoxsa distant təhsil davam etdiriləcək?

Turkustan.az redaktor.az-a istinadən bildirir ki, millət vəkili Musa Quliyevin dediyinə görə, tədrisin hansı formada (ənənəvi, məsafədən, yoxsa hibrid) başlaması koronavirusla bağlı yaranmış şəraitdən asılı olacaq:

"Müvafiq hökumət qurumlarımız vəziyyəti dərindən öyrənir, bu baxımdan ən düzgün olan qərarı verəcəklər. Bizim isə vətəndaş kimi vəzifəmiz və borcumuz hökumətimizin qəbul etdiyi qərarlara riayət etmək olmalıdır".


MANŞET XƏBƏRLƏRİ