Zaxarova qəzəbləndi – "Bu həyasızlıqdır, sizdən əvvəl biz Bakı və İrəvanla..."


ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri - Endryu Şaffer və Bris Rokefylin aktiv diplomatik fəaliyyətləri və faktiki olaraq bu çərçivədə Rusiya ilə əməkdaşlıqdan imtina edən üç həmsədrin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic edib.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Brüsselin Rusiya-Ermənistan-Azərbaycan razılaşmalarının mövzusunu və ötən il ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən təklifləri ən yüksək səviyyədə mənimsəmək üçün həyasız cəhdlərini qeydə almışıq", - Zaxarova bildirib.

XİN-in sözçüsü bildirib ki, üçtərəfli sazişlər Rusiya tərəfindən ən yüksək səviyyədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əsas kimi qəbul olunur:

"Bu və ya digər şəkildə əvvəllər mövcud olan formatlarda qalırıq, lakin görürük ki, orada işlər hamar getmir".

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi hazırda səylərini real nəticələr verən formatlara yönəldir.

Rusiya XİN-in sözçüsü onu da vurğulayıb ki, bir çox xəyali formatlar da var, lazım gələrsə, onlar aktivləşdirilə bilər. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ