Dar küçələri və daş evləri ilə hər fəsildə əyləncəli Alaçatı - FOTO


Alaçatı dar küçələri və daş evləri ilə hər fəsildə əyləncəli və bənzərsizdir. Bu məkan haqqında söz düşərkən, ilk ağıla gələn sörf, külək, daş evlər, dəyirmanlar, dar küçələr və çeşid çeşid dondurmalar olsa da, bu şirin yer haqqında birçox təfərrüat var.

Turkustan.azxəbər verir ki, Alaçatının Osmanlı dövründə Alajaat tayfasının yaşadığı bir kənd olduğu məlumdur.

Çeşme-Alaçatı sezona hazırlanıyor - samdan

İzmirin mərkəzindən təxminən 70 km aralıda, Çeşmə rayonunda sahil qəsəbəsi olan Alaçatı qədim dövrlərdən bəri istifadə olunan yaşayış məntəqəsidir. Anadolunun qərbə doğru uzanan ən uzaq nöqtələrindən biridir. Bölgə üçün Aqrillia, Alaatsata, Alajaat və son olaraq Alaçatı adından istifadə olunub. İndiki adını Alajaat tayfasından götürüb. Alaçatının tarixi 1850-ci illərə qədər uzanır.

Alaçatı əntiq şəhəri cənubdan Alaçatı körfəzinin, şimaldan isə Ilıca kəndinin ortasında salınıb. Alaçatını görməyən bir çox insan şəhərin dəniz kənarında yerləşdiyini düşünür. Ancaq Alaçatı şəhərin mərkəzindədir və sahil xətti yoxdur.

Alacati: A windy paradise in Turkey

Alaçatının tarixi yaşayış kompleksi iki mərtəbəli türk və yunan memarlıq üslublarından ibarətdir. Daş binalar, dar küçələr və yerli yel dəyirmanlarından ibarət unikal atmosferə malikdir.

Saqqız adasının sadəcə cənubunda bitən saqqız ağacları dünyada nadir bir bitkidir, vətəni Türkiyənin Alaçatı bölgəsidir. Bu ağacların 300-dən çoxu Çeşmə şəhərinin mühafizəsi altındadır.

Jalan Sempit Yang Indah Dengan Bougainvillea Di Alacati Foto Stok - Unduh Gambar Sekarang - iStock


MANŞET XƏBƏRLƏRİ