ADAU ilə "Agrarco" MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə "Agrarco" MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və "Agrarco" MMC şirkətinin İdarə heyyətinin sədri Cavid Kazımov imzalayıb.

Bildirilib ki, şirkətin əsas məqsədi kadr seçimi, şimal-qərb zonasındakı fındıq bağlarına fəal aqronomları cəlb etmək, eyni zamanda tələbələr üçün təlimlər və gələcəkdə istehsalat təcrübəsində tələbələr üçün əlverişli şərait imkanları yaratmaqdır.

Tədbirdə ADAU-nun Elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Təcrübə və Karyera Mərkəzinin direktoru Gülnaz Əsgərova, "Agrarco" MMC şirkətinin Şimal-qərb regionunun direktoru Vüqar Mohumayev, Təşkilatı inkişaf meneceri Rəhim Mustafayev, Kommersiya direktoru Faiq Baxşıyev iştirak ediblər.

Sonda qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olmaq üçün yeni tədris korpusuna, müasir laboratoriyalarına, Mühəndislik korpusuna və tələbə parkına baş çəkiblər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ