Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq

Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq

MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin  təşkili ilə bağlı fikirlərə münasibət bildirib - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

 

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

 

VI Yazı

 

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

 

Yu­sif Zi­ya Ta­lıb­za­də­nin (1877-1923) İs­la­ma və Türk­lü­yə bağ­lı­lı­ğı­nın əsa­sın­da ilk növ­bə­də, Qa­car­lar­da in­gi­lis hi­ma­yə­sin­də­ki iran­çı­la­rın fars­laş­dır­ma, Qu­zey Azər­bay­can­da Çar­lıq ideo­loq­la­rı­nın  rus­laş­dır­ma si­ya­sə­ti ol­muş­dur.[1] O, fars­laş­dır­ma və rus­laş­dır­ma­ya qar­şı da is­lam­çı­lıq və türk­çü­lük ide­ya­la­rın­dan çı­xış et­miş­dir.   Ta­lıb­za­də­nin XX əs­rin əv­vəl­lə­rin­də qə­lə­mə al­dı­ğı əsər­lə­rin­də (“Hə­qi­qə­ti-is­lam”, “Təə­lü­müş-şə­riə”, “İs­lam ta­ri­xi”, “Mü­əl­li­mi-şə­riə”, “İs­lam və məz­həb” və b.) da­ha çox is­lam fəl­sə­fə­si əsas yer tut­muş­dur. İlk dövr­lər­də mil­li mə­sə­lə­yə də di­ni nöq­te­yi-nə­zər­dən ya­na­şan,[2] Tal­bı­za­də­yə gö­rə, İs­lam di­ni mil­lət­lə­rin tə­şək­kü­lü və in­ki­şa­fı­nın əsa­sın­da da­yan­mış­dır. Onun fik­rin­cə, Al­la­hı­nı ta­nı­yan fərd mil­lə­ti­ni, mil­li bir­li­yin də dərk et­miş olur: “Xu­da­vən­di alə­min… məx­lu­qa­tı xəlq et­mək­də əsl məq­sə­di xə­la­yi­qi təş­kil et­mək­dir… Bu sə­bəb­dən­dir ki, Xu­da­vən­di aləm əsl fit­rət in­sa­niy­yə­ni ümu­ma bir tə­ri­qi-müs­tə­qim üz­rə xəlq edib­dir”.[3] Ümu­miy­yət­lə, o, mə­qa­lə­lə­rin­də, bir mü­səl­man ki­mi idea­list möv­qe­də du­rub, ma­te­ria­liz­mi da­im tən­qid et­miş­di: “İdea­lizm və ma­te­ria­lizm bir-bi­ri­ni is­tis­na edən cə­rə­yan­lar­dır: əgər bi­rin­ci­si mə­nə­vi aləm­lə bağ­lı­dır­sa, ikin­ci­si isə mad­di aləm­lə bağ­lı­dır. Biz həm­çi­nin gö­rü­rük ki, hə­yat uğ­run­da mü­ba­ri­zə apa­ran bə­şə­riy­yət mad­di­li­yə əməl et­mək­lə, ma­te­ria­lizm­dən xi­las ola bil­məz! İdea­liz­mi dərk edə bil­mək üçün ma­te­ria­liz­mi kə­na­ra at­maq gə­rək­dir”.[4]

Ta­lıb­za­də­yə gö­rə, İs­lam alə­mi­nin mə­nə­vi-ideo­lo­ji və­ziy­yə­ti Qərb mil­lət­lə­ri­ni bir xey­li dü­şün­dür­­mək­də­dir. Çün­ki Qərb mil­lət­lə­ri­­nin mü­la­hi­zə­si­nə gö­rə, mü­səl­man­lar Qu­ra­ni-şə­ri­fə uy­ğun ya­şa­ma­ğa qey­rət et­dik­cə is­lam alə­mi qüv­və­dən fe­lə çıx­maq­la on­lar üçün təh­lü­kə­li bir üfüq açı­la­caq­dır. O, ya­zır­dı: “An­caq mi­lə­li-qər­biy­yə bu­ra­sı­nı dü­şün­mü­yor­lar ki, Qu­ra­ni-şə­rif və di­ni-is­la­mın məs­lə­ki nə­in­ki is­lam­da mə­za­hi­bi-müx­tə­li­fə zü­hu­ri­nə mü­sai­də ver­mi­yor, bəl­kə ümu­mi-mü­vəh­hid olan əd­yan ilə qa­yət eh­ti­ram­ki­ra­nə və sülh­rəp­və­ra­nə rəf­ta­rə və üm­də mə­həb­bə­ti-bə­şə­riy­yə­yi töv­si­yə et­mək­lə ca­me­iy­yə­ti-bə­şə­riy­yə­yə bir və­si­lə fərz olu­na bi­lər. Əcə­ba, his­si-bə­şə­riy­yə­lə­ri olan əq­vam mil­lə­ti is­lam­də ru­ha­niy­yət və ümu­mi-bə­şə­riy­yə­tə bir mə­həb­bət tə­ri­qi­lə  xüt­və ən­da­zi-it­ti­had və tə­rəq­qi ol­ma­la­rı­na nə məq­səd üz­rə mü­mai­nət gös­tər­mək is­ti­yor­lar­mı­ş? Ca­me­iy­yə­ti-is­la­miy­yə hə­nuz mü­səl­­man­la­rın xa­tir­lə­ri­nə xü­tur et­mə­miş, bu söz­lə­ri biz baş­qa mil­lət­­lə­rin ağ­zın­dan eşi­di­yo­ruz. Bir çox vəqt­lər xə­ya­lə­tə məc­bur olu­­yor­­uz ki, aya ca­mie­yi-is­la­miy­yə nə de­mək­di­r? Bu söz­lər nə­rə­dən zü­hur et­mi­ş? Və nə­rə­də ca­me­iy­yət zü­hu­ra gəl­mi­ş? Çox bir fi­kir­lər­dən son­ra dü­şü­nü­rüz ki, Av­ro­pa müc­tə­me­ən is­la­ma qar­şı et­dik­lə­ri hə­rə­kət­­lə­ri­ni hiss edib və gə­lə­cək­də mil­lə­ti-is­lam kən­di­lə­ri­nin mü­ha­­fi­zə­si üçün ca­mie­yi-is­la­miy­yə təş­ki­li­nə məc­bur ola­caq­dır­lar de­yib xə­ya­lə­tə qərq ol­muş­lar. Fə­qət is­lam mil­lə­ti ara­sın­da bun­ca zü­hu­ra gəl­miş mə­za­hib və fir­qə­lə­rin vü­cu­di ilə bu fi­kir­lə­ri av­ro­pa­lı­la­rın kən­di xə­ya­la­tı­na mün­hə­sir et­mək la­zım gə­li­yor. İş­tə ca­mei­yi-is­la­miy­yə vü­cud bu­lur­sa av­ro­pa­lı­lar öz­lə­ri təş­kil et­miş­lər de­mək­dir. Əsr­lər­dən bə­ri is­lam ilə av­ro­pa­lı­la­rın rə­qa­bə­ti­nə ta­rix sə­hi­fə­lə­ri də­xi şa­hid ola bi­lir”.[5]

Onun fik­rin­cə, mü­səl­man­la­rın pə­ri­şan ol­ma­la­rı­nın sə­bəb­ka­rı İs­lam, Qu­ran və Pey­ğəm­bər (s) de­yil, ya­lan­çı ru­ha­ni­lər, des­­po­­tik hökm­dar­lar, da­ğı­dı­cı məz­həb­lər­dir. Bu an­lam­da Ta­lıb­­­za­də­nin hə­min dövr­də “İr­şad” qə­ze­tin­də nəşr olu­muş “Hür­riy­yə­ti-də­ya­nə­tə ca­vab”, ya da “Axund Yu­sif­za­də ilə mü­sa­hi­bə” baş­­lıq­­lı mə­qa­lə­si də diq­qət çə­kir. Hə­min mə­qa­lə­sin­də Ta­lıb­za­də ya­zır­­dı ki, məz­həb­lər­­a­ra­sı in­ti­ri­qa­lar, xü­su­sən mü­səl­man­la­rın sün­ni və şiə de­yə, iki ye­rə par­ça­lan­ma­sı, iki­üz­lü ru­ha­ni­lə­rin əməl­lə­ri və sa­ir prob­­lem­­lər di­nin əsas­la­rı­nı sar­sı­dır: “Aya bu ix­ti­laf­dan on­la­rın məq­səd­lə­ri nə­­di­r? Mə­gər Al­lah-təa­la on­la­ra ix­ti­laf­mı əmr edib­dir ki, on­lar Al­la­ha­­mı ita­ət edir­lə­r? Ya­in­ki Al­lah-təa­la bu ix­ti­laf­lar­dan nə­hi edib. On­lar Al­­la­ha üs­yan­mı edib­lə­r? Ya ki, Al­lah di­ni na­qis gön­də­rib, on­lar tək­mil et­mək is­tə­yir­lər. Ya­in­ki eh­kam­da Al­lah ilə şə­rik olub, bun­lar hər nə de­sə­­lər Al­lah da gə­rək ra­zı­mı ol­su­n? Ya Al­lah-təa­la di­ni ta­mam gön­­də­­r­­ib, Rə­su­li-Kə­rim həz­rət­lə­ri xə­la­yi­qə təb­liğ et­mə­yib­di­r?”. [6]

Ta­lıb­za­də İs­lam dün­ya­sı­nı­nı in­ki­şa­fı­nı “İs­lam bir­li­yi”nin tə­mə­li say­dı­ğı Os­man­lı im­pe­ri­ya­sın­da gör­müş­dü.  Xü­su­si­lə, 1910-1918-ci il­lər­də Os­man­lı or­du­su­nun tər­ki­bin­də əv­vəl­cə Bal­kan, da­ha son­ra 1-ci Dün­ya mü­ha­ri­bə­sin­də iş­ti­rak et­mə­si, onun “İs­lam bir­li­yi” inan­cı­nı da­ha da güc­lən­dir­miş­dir. 1918-ci il­də Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin hər­bi yar­dım çağ­rı­şı­na uy­ğun ola­raq, Nu­ru pa­şa­nın baş­çı­lı­ğı ilə Və­tə­ni­mi­zə gön­də­ri­lən Qaf­qaz-İs­lam or­du­su­nun tər­ki­bin­də yer alan Ta­lıb­za­də “İs­lam bir­li­yi”nin tə­rəf­da­rı ki­mi he­sab edir­di ki, Azər­bay­can Os­man­lı döv­lə­ti ilə bir­ləş­mə­li­dir. Bu mə­sə­lə ilə bağ­lı Ta­lıb­za­də­nin təd­qi­qat­çı­la­rın­dan M.Əsəd­li ya­zır: “Heç şüb­hə­siz it­ti­had­çı və pa­nis­la­miz­min qa­tı tə­rəf­da­rı olan Yu­sif Zi­ya bir­ba­şa ol­ma­sa da, so­nuc eti­ba­ri­lə Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­ni is­tiq­lal ide­ya­la­rı­na həm­rəy ol­ma­mış­dır. O da döv­rün bir çox bö­yük türk mü­tə­fək­kir­lə­ri ki­mi, Azər­bay­ca­nın qur­tu­lu­şu­nu ən yax­şı hal­da Os­man­lı hü­dud­la­rı­na qa­tıl­maq­da gö­rür­dü”. [7]

An­caq bə­zi hal­lar­da Ta­lıb­za­də­nin Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin müs­tə­qil var­lı­ğı­nı mü­da­fiə et­di­yi­ni də gö­rü­rük. Be­lə ki, 1919-cu il­də “Azər­bay­can” qə­ze­tin­də nəşr olu­nan “Cə­miy­yə­ti əq­vam” mə­qa­lə­sin­də Ta­lıb­za­də üzü­nü Ver­sal sülh konf­ran­sı­nı­nın rəh­bər­lə­ri­nə tu­ta­raq, Azər­bay­can xal­qı­nın müs­tə­qil ya­şa­ma­ğa haq­qı ol­ma­sın­dan bəhs et­miş­dir: “Hər kəs bu sül­hün nə­ti­cə­sin­də həq­qi­ni is­tər və ümum mil­lət­lə­ri mə­sud gör­mək ar­zu edər. Bil­xas­sə bu xü­sus­da və­zi­fə­dar olub böy­lə bir mü­hüm və­zi­fə və mə­su­liy­yə­ti dərk et­mək­də olan cə­miy­yə­ti əq­vam bu­nu hər kəs­dən da­ha zi­ya­də dü­şün­mə­yə məc­bur­dur. Cəbr və il­haq, is­ti­la və ni­faq döv­rü keç­miş­dir, əs­ki dün­ya­yə tə­zə ruh ver­mək və tə­zə dün­ya­nın eh­ti­ya­cı­na ria­yət et­mək üçün ruh mil­li­lə­ri tət­min və mil­liy­yət­lə­rin mə­sud ya­şa­ma­la­rı­nı tə­min et­mək la­zım­dır”.[8]  

Qu­zey Azər­bay­can So­vet Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal olun­duq­dan son­ra Qa­car­lar­la sər­həd­də sax­la­nı­la­raq Ba­kı­ya gön­də­ri­lən Ta­lıb­za­də Nə­ri­­man­­ov­la gö­rüş­dən son­ra bir müd­dət Nax­çı­van­da hər­bi ko­mis­sar və­zi­­fə­­sin­də ça­lı­şıb. An­caq bol­şe­vik­lər­lə bir­gə iş­lə­mə­yi həzm edə bil­mə­yən Ta­lıb­za­də çox keç­mir ki, Qu­zey Azər­bay­ca­nı tərk edə­rək “İs­lam bir­li­yi” inan­cı ilə, Tür­kü­s­tan­da Ən­vər pa­şa­nın baş­çı­lı­ğı ilə bol­şe­viz­mə qar­şı apa­rı­lan “bas­­ma­­çı­lar” hə­rə­ka­tı­na qo­şul­muş­dur.

Türk dün­ya­sı­nın ta­nın­mış ay­dı­nı Zə­ki Və­li­di To­ğan “Xa­ti­rə­­lə­ri”ndə Ta­lıb­za­də­ni “azər­bay­can­lı pa­nis­la­mist və pan­tür­kist” ki­mi də­yər­lən­dir­miş, ey­ni  za­man­da onun bir fi­kir ada­mı və din xa­di­­mi ol­du­ğu­nu söy­lə­miş­dir: “Axund Yu­sif Ta­lıb­za­də Azər­bay­ca­nın fi­kir hə­ya­tın­da mü­hüm yer alan mü­tə­fək­kir və ya­zar­dı. Onun türk­cə əsər­lə­ri və li­be­ral fi­kir­lə­ri eh­ti­va edən qı­sa Qu­ran təf­si­ri var­dı… O kəl­mə­nin tam mə­na­sı ilə bir pa­nis­la­mist pan­tür­kist idi”. [9]

İs­lam­çı­lı­ğa və Türk­çü­lü­yə özü­nə­məx­sus mü­na­si­bə­ti ilə se­çi­lən Sul­tan Mə­cid Qə­ni­za­də (1866-1937) hə­lə, 1880-ci il­lə­rin son­la­rın­dan Azər­bay­can türk­lə­ri­nin ma­ar­fi­lən­mə­si uğ­run­da mü­ba­ri­zə­yə baş­la­mış,  Hə­bib bəy Mah­mud­bə­yov­la bir­lik­də, Ba­kı­da “Rus-Ta­tar mək­tə­bi” ad­lı ye­ni tip­li ib­ti­dai mək­tə­bin əsa­sı­nı qoy­muş­dur. İlk dövr­lər­də Qə­ni­za­də də bir maa­rif­çi ki­mi da­ha çox cə­miy­yə­tin sa­vad­lan­ma­sı­na ça­lış­mış­dır. Onun fik­rin­cə, mü­əl­li­min əsil öv­lad­la­rı öz uşaq­la­rı de­yil, məhz şa­gird­­lə­ri ol­ma­lı­dır. Ey­ni za­man­da, mü­əl­li­min mal və döv­lə­ti dərs və tə­lim­­dir, qa­zan­cı isə mil­lə­ti­nin rəğ­bə­ti­dir. Qə­ni­za­də ya­zır­dı: “Mü­əl­li­min evi ki­tab­xa­na­dır, mü­əl­li­min nö­kə­ri mək­təb mü­la­zi­mi­dir, mü­əl­li­min tə­va­be və ət­ba­ri co­cuq-şa­gird­lər­dir, mü­əl­li­min mü­xəl­lə­fa­tı qa­ra-qu­ra mək­təb miz­lə­ri­dir, mü­əl­li­min sa­zı, nəğ­mə­si mək­təb şa­gird­lə­ri­nin sə­da­sı­dır, mü­əl­li­min is­ti­ra­hə­ti dəf­tər­lər tə­si­hih­dir”.[10]

Onun fik­rin­cə, ar­tıq mə­də­niy­yət əs­rin­də Sə­di­nin, Ha­fi­zin qə­zə­liy­yat yo­lu ilə get­mək, zülf və şövq­lə məd­hiy­yə­lər oxu­maq de­yil, dün­yə­vi elm­lə­rə me­yil et­mək, cə­miy­yə­ti maa­rif­lən­di­rə­cək əsər­lər yaz­­maq la­zım­dır. Bu yol­da bir sı­ra əsər­lər (“Mək­tu­ba­ti-Şey­da bəy Şir­va­ni”, “Al­lah xo­fu” və s.) yaz­mış Qə­ni­za­də, bu­ra­da da ilk növ­bə­də, ye­ni tip­li mək­təb­lər­dən və hə­min mək­təb­lər­də dərs de­yən mü­əl­lim­­lə­rin mil­li ruh­la­rın­dan bəhs et­miş­dir. Ona gö­rə, xu­ra­fat və möv­hu­mat­­dan, ca­hil­lik və na­dan­lıq­dan qur­tul­ma­ğın ilk yo­lu mək­təb­­lə­rin ya­ran­ma­sın­dan və hə­min mək­təb­də mil­lə­tin öv­lad­la­rı­na bi­lik ver­mək is­tə­yən mü­əl­lim­lə­rin ol­ma­sın­dan baş­la­yır. Onun fik­rin­cə, mü­əl­lim mil­lə­ti­ni cə­ha­lə­tin­dən qur­tar­maq üçün hər şe­yi gö­zə al­ma­lı­dır: “Mil­lə­tin cə­ha­lə­tin­dən hə­zər edən mü­əl­lim öz ba­la­sı­na nif­rin edən ata ki­bi­dir. Hü­nər­li us­tad xam də­mir­dən sə­bir­lə mis­ri qı­lınc ya­pa bi­lər­sə, yax­şı mü­əl­lim kəc­təb mil­lət­dən xo­şəx­laq cə­miy­yət ha­zır­la­ya bi­lər”.[11]

Mü­əl­li­min çox ağır mə­su­liy­yət da­şı­dı­ğı­nı de­yən Qə­ni­za­də, hət­ta mü­əl­lim­li­yi həc­cə get­mək is­tə­yən mü­səl­ma­nın və­zi­fə­sin­dən də ağır və­zi­fə he­sab et­miş­dir. Onun fik­rin­cə, xü­su­si­lə döv­rün­də mü­əl­lim çox mə­su­liy­yət­li bir və­zi­fə da­şı­yır: “Mü­əl­lim­li­yə tək­lif olan şəxs həcc və zə­ka­tə müs­tə­ti ol­ma­dıq­da “kim­lə­ri öy­rət­din və nə öy­rət­di­n?” so­ru­lub baz­xast (tə­ləb) ola­caq­dır. İn­sa­fən mü­əl­lim­lik tək­li­fi ağır tək­lif­dir­sə, mü­əl­lim­lik şə­ni həm uca şən­dir. Mü­əl­lim­lik hər bir əsr­də ağır olub­sa, bu əs­ri­miz­də da­ha ağır­raq­dır! Əs­ri­miz bir əsr­dir ki, gün­düz­lər qi­ra­ət, ge­cə­lər ki­ta­bət mü­əl­lim­lər üçün din bor­cu­dur”. [12]

 

 

[1] Əsədli M. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı, Nurlan, 2005, s.14

[2] Yenə orada, s.37

[3] Yenə orada, s.8

[4] «Yeni Füyuzat» jurnalı, 1910, №10

[5] Talıbzadə Y.Z. İzhari-bütlan. Bakı, «Füyuzat», №16, 1907, 29 aprel

[6] Əsədli M. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı, Nurlan, 2005, s.43

[7]Yenə orada, s.80

[8] Talıbzadə Y.Z. Cəmiyyəti-əqvam. Bakı, «Azərbaycan» qəzeti, 1919-cu il, №348

[9] Əsədli M. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı, Nurlan, 2005, s.134-135

[10] Qənizadə Sultan Məcid. Seçilmiş əsərləri. Bakı, Avrasiya press, 2006, s.25

[11] Yenə orada, s.33

[12] Yenə orada, s.34


MANŞET XƏBƏRLƏRİ