"Kuruluş Osman"ın aktyoru ermənilərin qarşısına belə çıxdı - FOTO+VİDEO


"Kuruluş Osman" serialında Əbdürrəhman Qazi obrazı ilə tanınan aktyor Cəlal Al ABŞ-ın Nyu York şəhərindəki Türkiyə konsulluğu önündə 1915-ci il hadisələri ilə bağlı şüarlar səsləndirən etirazçılar qarşısına Türkiyə bayrağı ilə çıxıb.

Turkustan.az "Haberler.com"a istinadən xəbər xəbər verir ki, həmin görüntülər sosial mediada gündəm olub.

Türk bayrağını kürəyinə alan Cəlal Al "Türkəm deyən nə xoşbəxtdir" deyə qışqıraraq "Bozqurd" işarəsi göstərib.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ