Azərbaycanlı ekstrasensdən SENSASİON PROQNOZ: Kadırov öldürüləcək - VİDEO


Rusiya- Ukrayna müharibəsi barədə fikirlərini səsləndirən ekstrasens Səbuhi İmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun taleyi ilə bağlı da proqnoz verib.

Turkustan.az xəbər verir ki, Cebhe TV-nin canlı yayımında o, müharibədə məğlub tərəfin Rusiyanın olacağını deyib:
"Ukrayna bu müharibədə nə qalib gələcək, nə də məğlub olacaq. Sadəcə, Ukrayna bu müharibədə dövlət kimi yox ola bilər, silinə bilər. Dövlət Ukraynada fərqli adla olacaq. Rusiya kimyəvi silahlardan istifadə edəcək. Kimyəvi silahlardan istifadəyə görə hətta Ukraynanın böyük ərazisi uzun müddət yaşayış üçün yararlı olmaya bilər".
Ekstrasens Ukraynada bir sıra şəhərlərin dağıdılmasından sonra Avropanın hərbi olaraq NATO-nun müharibəyə qoşulmasına qərar verəcəyini və Kadırovun öldürüləcəyini deyib:
"Bu zaman Rusiyanın daxilində iğtişaşlar yaranacaq. Xalq ayağa qalxacaq və Rusiyanın dağılması başlayacaq. Rusiyanın Ukrayna ilə həmsərhəd olan şəhərləri bombalanacaq. Rusiyanın daxilində qısamüddətli müharibələr başlayacaq. Həmin müharibələrin birində Kadırov və onun silahdaşları məhv ediləcək".


MANŞET XƏBƏRLƏRİ