"Bayraqlarımızı yandıran ermənilər qaldırdıqları ağ bayraqları unutmasınlar" – Millət vəkili


İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Həmçinin, yürüşə çıxanlar rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə sülh danışıqlarının əleyhinə çıxışlar ediblər.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Məmmədov İravanda keçirilən rəzil aksiyanı ermənilərin ənənəvi antitürk xislətinin və bəzi revanşist qüvvələrin fəallaşması ilə əlaqələndirib: "İrəvanda keçirilən bu aksiyanın arxasında bir neçə məqsəd var. Birincisi, ermənilər 100 ildir ki, dünyanı yalançı "soyqırımı" faktı ilə aldatmağa çalışırlar. Bir bir ənənəvi siyasətdir ki, artıq onlarda milli ideologiya halına gəlib. Sanki, erməniliyin mövcuduğulu yalançı "soyqırımı" iddiasından asılıdır. Digər məqsəd isə hazırda Azərbaycan və Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizama salınması prosesini pozmağa yönəlib. Çünki, aksiyada Ermənistan hakimiyyətinin bu yöndə siyasəti də kəskin tənqid edilir ".

Millət vəkilinin sözlərin görə hansısa dairələr erməniləri revanşist xəyallara yuvarlayırlar: "Onlar yanlış hesablar aparırlar. Azərbaycan ordusu müharibədən sonra qısa müddətdə bütün itkilərini bərpa edib və bu gün ordumuz müharibədən əvvəlki gücündən daha da güclüdür. Müharibənin gedişində üz\ə çıxan, müasir şərtlərə o qədər də uyğun olmayan hərbi texnikalar yeni, daha effektiv vasitələrlə əvəzlənib. Həmçinin, Qarabağda Türkiyə ordusunun standartlarına uyğun olaraq komando bölükləri yaradılıb ki, bu bölüklər çox qısa müddətdə hərbi tapşırıqları icra etməyə hazırdır. Cənab Prezident Şuşadakı son çıxışında vurğuladı ki, Azərbaycan ordusu istənilən hərbi vəzifəni yerinə yetirməyə qadirdir. Ona görə də, Azərbaycan və Türkiyə bayraqlarını yandıran ermənilərə tövsiyə edirəm ki, 44 günlük savaş zamanı qaldırdıqları ağ bayraqları unutmasınlar ".

Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ