Əhməd Cavadın 130 illiyi ilə bağlı - TƏKLİFLƏR VERİLDİ


"Azərbaycan Prezidenti himnimizin müəllifi, istiqlal şairimiz Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Nəhayət, bu böyük şəxsiyyətə dövlətin ehtiramının şahidi olduq".

Bu fikirləri Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli bildirib.

P.Həşimli xatırladıb ki, indiyədək Türkiyə Cümhuriyyətində Ə.Cavadın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb: "Demək olar ki, onun əksər əsərləri nazirliklərin sifarişi ilə TRT tərəfindən səhnələşdirilib. Eyni addımları da Azərbaycan hökumətindən gözləyirik".

P.Həşimli bununla bağlı bir sıra təkliflər səsləndirib:

1). Buta qəsəbəsindən çıxarılmış nəşinin qalıqlarının dövlət mərasimilə torpağa verilməsi;

2). Bakı şəhərində prospektlərdən birinə (misal üçün Mətbuat prospektinə) Əhməd Cavadın adının verilməsi;

3). Bakı və Gəncə şəhərlərində heykəlinin ucaldılması;

4). Seyfəli kəndində ev-muzeyinin yaradılması;

5).Tanınmış yazıçılardan birinə Əhməd Cavad və Şükriyyə xanım haqqında sənədli romanın yazılmasını sifariş etmək;

6). Şeirlərinə bəstələr yazılmasını sifariş etmək;

7) Bədii filmin istehsalını sifariş etmək və s.

Pərviz Həşimli
Gununsesi.info


MANŞET XƏBƏRLƏRİ