Azərbaycanlı kişi Türkiyədə arvadını öldürdü - Anbaan video


Türkiyədə Azərbaycan vətəndaşı Elvin Umayev həyat yoldaşı Turanə Umayevanı qətlə yetirib.

Axar.az Bakı.vs-yə xəbər verir ki, hadisə ötən gün Trabzon şəhərinin Ortahisar rayonunda qeydə alınıb.

Tərəflər arasında mübahisə uşağın atasına göstərilməməsinə görə yaranıb. Nəticədə 34 yaşlı Elvin Umayev 38 yaşlı Turanə Umayevaya tapanaçadan bir neçə dəfə atəş açaraq onu qətlə yetirib.

10 il əvvəl həbs həyatı yaşayan E.Umayev 4 ay əvvəl azadlığa çıxmışdı. O, qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Qətl hadisəsi ətrafda olan təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.


MANŞET XƏBƏRLƏRİ