Fəxrəddin Altun: "1915-ci ildə baş verən hadisələr kirli siyasət mövzusuna çevrilib"


"Ortaq tariximizi yox etmək istəyənlərə və ümumi gələcəyimizə ən böyük maneə olan dövlət, lobbi və diaspora qarşısında boyun əyməyəcəyik".

Turkustan.azxəbər verir ki, bunu "Beynəlxalq hüquq və tarix prizmasından 1915-ci il hadisələri" konfransının açılışında çıxış edən Türkiyə Prezident Adminstrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Prezident Adminstrasiyası Kommunikasiya İdarəsinin təşkil etdiyi konfransdakı çıxışında F.Altun bildirib ki, türklərlə ermənilər yüz illər boyu birlikdə yaşamaq mədəniyyəti formalaşdırıblar: "Biz yüz illər boyu sevinci də, kədəri də paylaşmışıq. Aramızda düşmənçilik toxumları səpməyə çalışanlara qarşı birlikdə mübarizə aparmalıyıq. 1915-ci ildə baş verən hadisələr tarix mövzusu olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib".

Çıxışında Birinci Dünya müharibəsinin Osmanlı dövlətinə və millətə böyük təsir etdiyini bildirən qeyd edən F.Altun daha sonra deyib: "Türk, kürd, ərəb və erməni, bütün Osmanlı vətəndaşları müharibənin çətinliyini yaşadı. Osmanlı İmperiyası Çanaqqala, Qafqaz, Fələstin, Hicaz kimi cəbhələrdə böyük mübarizə apardı və yüz minlərlə övladını itirdi. Bir tərəfdən də işğalçı qüvvələrin təhrik etdiyi separatçı dəstələrin törətdiyi qırğınlara tuş gəldi. Bu, müsəlman əhalinin vəziyyətini ağırlaşdırdı. Buradakı müharibə şəraitindən istifadə edən erməni quldur dəstələrinin Anadoluda yüz minlərlə dinc sakini qətlə yetirməsi tarixi faktdır. Minlərlə Osmanlı vətəndaşı erməni quldur dəstələrinin qırğınlarından canını qurtarmaq üçün vətənlərini tərk etməli oldu.Vəhşiliklərin qarşısını almaq üçün Osmanlı dövləti tərəfindən 1915-ci ildə "Göndərmə və Məskunlaşma Qanunu" qəbul edildi. Sözügedən quldur dəstələrinin hücumlarının intensivləşdiyi bölgələrdəki ermənilər can və mal təhlükəsizliyi təmin edilərək müvəqqəti olaraq Osmanlı sərhədləri daxilində cənub bölgələrinə köçürülmüş, lakin heç vaxt deportasiya edilməmişdir. Soyqırımı kimi bir hadisə heç vaxt baş verməyib".


MANŞET XƏBƏRLƏRİ