Macarıstan və Monqolustan səfirləri Beynəlxalq Türk Akademiyasında - FOTOLAR


Aprelin 14-də Macarıstan və Monqolustanın Qazaxıstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Beynəlxalq Türk Akademiyasını ziyarət etdilər.

Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona Türk Kitabxanası və Muzeyi ilə, həmçinin kitabxanada tanınmış türkoloq İştvan Konır Mandokinin şəxsi kolleksiyası ilə tanış oldu.

Akademiyanın təşəbbüslərini dəstəklədiyini bildirən səfir Macarıstanda bu yaxınlarda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Akademiya tərəfindən göndərilən təbrikə görə xarici işlər nazirinin təşəkkür məktubunu təqdim etdi.

Monqolustanın Qazaxıstandakı səfiri Dorjin Bayarkhuu da Monqolustanın Türk dünyası ilə humanitar əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Akademiyaya təşəkkürlərini çatdırdı.

Akademiya prezidenti Darxan Kıdırali yeni təyin olunmuş səfirlərə uğurlar arzuladı və Beynəlxalq Türk Akademiyasının əməkdaşlığın genişlənməsi üçün hər cür dəstəyə hazır olduğunu bildirdi.

Görüşlər zamanı mövcud layihələr və gələcək işbirliyi istiqamətləri barədə səmərəli müzakirələr aparıldı.

36Siz, Samir Mustafayev, Casarat Valehov və başqa 33 nəfər

1 paylaşım

Bəyən

Rəy

Paylaş


MANŞET XƏBƏRLƏRİ