İmdat Avşar Anadolunun Özüdür...


Ciyərləri Anadolunun nəfəsi ilə dolu olan İmdat Avşarın türk hekayəçiliyi artıq danılmaz bir nöqtədədir. İndiki müasir hekayəçilərin bir çoxundan fərqli olaraq İmdat ənənəyə sadiq qalaraq öz yolunu izləyir. Elə bu münasibəti onun türk hekayəçiliyinə verdiyi töhfələrə görə ölümsüz edəcəkdir. Hekayələrinin mərkəzində Anadolu insanının gerçək yaşamını qələmə alan yazıçı hadisələrin dərinliyinə bədii təxəyyülünü elə işləyir ki, oxucu nəyin gerçək, nəyin uydurma olduğunu qətiyyən bir-birindən ayıra bilmir. İmdat Avşarın yazarlığının bir üstün tərəfi də ondadır ki, olayları anlatırkən təhlilləri nəzərdən qaçırmır, deyim, atalar sözləri, türkü, mani kimi xalq ədəbiyyatı nümunələrini ustalıqla mətnlərə yerləşdirə bilir və bu nümunələri qəhrəmanların nitqlərində istifadə edərək dilimizə gözəl töhfə vermiş olur. Onun dili Yunus Əmrədə olduğu kimi şeir dilidir. Bozqırın susuz çöllərindən axıb gedən şeir nəhri kimi bir dumduru bir Türkcə ilə yazılan bu hekayələr Dədə Qorqud ustalığı ilə könüllərimizə sirayət edir. Avşar öz bədii yaradıcılığı ilə yanaşı ata torpaqlarında yazılan digər sənət nümunələrini də ana türkcəmizə çevirərək bizlərə çatdırır. Hekayələrində yumorla hüznün yanaşı addımlaması onun qələminin bozqır insanını nə qədər yaxşı tanıdığının göstəricisidir. İmdat Avşar ilə bir çay içimlik vaxtda belə bir anın içində hər şey Anadoluya çevrilir. Çünki İmdat Avşar Anadolunun özüdür.

O, mənim qədim dostumdur, bu sözləri söyləyəndə sevinc və qürur hissi keçirirəm. Əgər tərcümeyi-halımdan İmdat Avşar adını çıxarsaq, həyatımda böyük bir ərazi boş qalar. Belə insanla ünsiyyətdə olmaq adama hava, su kimi lazımdır. İmdatı mənə və hamıya sevdirən əsas xüsusiyyəti həm insan, həm də yazıçı kimi səmimiyyətidir. Onun boyu da sözü kimi ucadır! Mən ürəkdən inanıram ki, İmdat hansı zirvədə olsa da insanlığını və şəxsiyyətini qoruyacaq.

Nart Noyan

Ciğerleri Anadoluchr("39")nun nefesi ile dolu olan İmdat Avşarchr("39")ın Türk hikayeciligi artık tartışılmaz bir noktadadır. Günümüzün modern hikayeciliğinin aksine geleneği takip ederek tutturmuş yolunu İmdat Avşar. Bu tavrı onu, Türk hikayeciliğine katkıları sebebiyle adeta ölümsüz kılacaktır. Hikâyelerinin merkezinde Anadolu insanının gerçek yaşamını işlerken, yazmış olduğu kurguları bu gerçeklikten ayırmak mümkün değildir. Olayları anlatırken tahlilleri ihmal etmez; deyim, atasözü, türkü, mâni gibi folklorik malzemeyi ustalıkla serpiştirir; kahramanlarına kullandırarak dilimize de katkı sunar. Yunusca, şiir gibi bir dil; bozkırın susuz yazılarından akıp giden şiir ırmağı gibi bir Türkçe ile yazdığı hikâyeleri Dede Korkut ustalığı ile gönüllere işler. Bununla da kalmaz ata topraklarındaki yazılan hikayeleri de çevirileriyle bizlere ulaştırır. Hikayelerinde gülmece ve hüznün atbaşı gitmesi onun kaleminin bozkırın insanını ne kadar iyi tanıdığının göstergesidir. İmdat Avşar ile bir çay içimlik vakitte dahi bir anda her şey Anadolu oluverir zira İmdat Avşar Anadoluchr("39")nun kendisidir.

Nart Noyan


MANŞET XƏBƏRLƏRİ