Azərbaycanlı tələbə ABŞ-ın 4 universitetinə daxil olub


Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.

Bu barədə BANM məlumat yayıb.

Rəşad Əhmədov müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb.

Bu universitetlər Rəşad Əhmədovun tam təqaüdlə Kimya mühəndisliyi ixtisasının doktorantura pilləsində təhsil almaq müraciətini qəbul ediblər.

BANM-ın tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün məbləği 90 min ABŞ dolları təşkil edir.

Rəşad Əhmədov 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub. /anews.az/


MANŞET XƏBƏRLƏRİ