Azərbaycanda məktəblərin birində bir şagird, iki müəllim var


Azərbaycanda şagird sayı ən az və ən çox olan məktəblər açıqlanıb.

Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir.

Məktəbdə bir şagird təhsil alır, iki müəllim çalışır.

Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir.

Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır.


MANŞET XƏBƏRLƏRİ