Şuşada hər ay komitə iclası keçiriləcək - SPİKER


"Apreldən başlayaraq hər ay komitə iclaslarının biri Şuşada keçiriləcək".

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında sədr Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Şuşada keçirilən ilk iclas aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası olub.

S.Qafarova vurğulayıb ki, Azərbaycanın parlamentarizm tarixində həmişəlik yadda qalacaq bu hadisə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yaratdığı reallığın təzahürüdür:

"Milli Məclisin komitə sədrlərinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq müəyyən olunub və komitə sədrlərinə təqdim ediləcək". (modern.az)


MANŞET XƏBƏRLƏRİ