Pakistan qarışır: Ordu istefaya göndərilən İmran Xana qarşı


Pakistan Milli Məclisi (parlamentin aşağı palatası) bu gün baş nazir vəzifəsini icra edən İmran Xana etimadsızlıq üçün səsvermə keçirib.

Nəticəyə əsasən etimadsızlıq səsverməsi qəbul edilib.

Baş nazir vəzifəsini icra edən İmran Xana etimadsızlığın leyhinə 342 deputatdan 174-ü səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.

Pakistanda siyasi böhran aprelin 3-də başlayıb.

Müxalifət 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməkdə ittiham edərək, baş nazirə etimadsızlıq səsverməsi elan edib.

Baş nazirin məsləhəti ilə Pakistan prezidenti Arif Alvi Milli Assambleyanı buraxıb. O bu qərarı Qasim Surinin belə bir səsvermənin ölkə konstitusiyasına zidd olacağını deməsindən sonra verib.

Lakin cümə axşamı Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılması və Xana qarşı etimadsızlıq səsverməsinin ləğvi barədə qərarı konstitusiyaya zidd hesab edib.

Məhkəmə parlamentin aşağı palatasının işinin bərpasını və sözügedən səsvermənin aprelin 9-da keçirilməsini istəyib.

Bu arada ordu birliklərinin paytaxda doğru irəlilədiyi haqda fotolar yayılıb. İmran Xanın həbs ediləcəyi haqda da xəbərlar yayılmağa başlayıb.


MANŞET XƏBƏRLƏRİ