Abramoviç Türkiyənin futbol klubunu aldı


Roman Abramoviç yeni futbol klubu alıb.

Apasport.az saytının "D-Smart Spor"a istinadən məlumatına görə, rusiyalı biznesmen Türkiyə təmsilçisi "Göztepe"nin sahibi olub.

Tərəflər alqı-satqı ilə bağlı bütün detalları razılaşdırıb. Klubun sahibinin dəyişməsi aprelin 8-də rəsmən elan olunacaq.

Qeyd edək ki, "Çelsi"nin sahibi Abramoviç martın 10-da Böyük Britaniya hökumətinin qərarı ilə klubun rəhbərliyindən uzaqlaşdırılıb.


MANŞET XƏBƏRLƏRİ