Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

III Yazı

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

20-ci əs­rin əv­vəl­lə­rin­də Azərbcaycan Türk mütəfəkkirlərindən Əli bəy Hü­seyn­za­də, Əhməd bəy Ağa­oğ­lu və Əlimərdan bəy Top­çu­ba­şı­nın müa­sir­ləş­mək-qərb­ləş­mək-av­ro­pa­laş­maq­la bağ­lı bir-bi­ri­nə ya­xın və zid­diy­yət­li mü­la­hi­zə­lə­ri­ni Mə­həm­məd Əmin Rə­sul­za­də bir ideo­loq ki­mi ümu­mi­ləş­di­rə bil­miş­dir. O, ya­zır­dı: "Bay­ra­ğın­da­kı məz­mun, fi­kir su­rə­ti­lə müa­sir bir türk və is­lam si­ya­si möv­cud­lu­ğu­na qo­vuş­maq ümi­di­lə…".[1]Fik­ri­miz­cə, bu­ra­da qeyd edi­lən "müa­sir bir türk və is­lam" kəl­mə­si gös­tə­rir ki, müa­sir­lik de­dik­də, ilk növ­bə­də mil­li və di­ni sa­hə­də, yə­ni is­lam­da və türk­lük­də ye­ni­ləş­mə, mil­li və bə­şə­ri mə­də­niy­yə­tin bü­töv­lü­yü – dün­yə­vi­lik (la­yiq­lik) nə­zər­də tu­tu­lur. Bu­nu, Rə­­sul­za­də­nin bay­ra­ğın mə­na­sı ilə bağ­lı ki­tab­da öz ək­si­ni tap­mış xü­su­si qey­di, açıq­la­ma­sı da bir da­ha təs­diq edir: "Azər­bay­can bay­ra­ğın­da­kı ma­vi rəng – türk­lü­yü, ya­şıl rəng – mü­səl­man­lı­ğı, al rəng də – tə­cəd­düd (ye­ni­ləş­mə – F.Ə.) və in­qi­lab rəm­zi ol­maq həs­bi­lə əsr­li­yi tər­miz edər ki, möh­tə­rəm Zi­ya Gö­kalp bə­yin "türk mil­lə­tin­də­nəm, is­lam üm­mə­tin­də­nəm, qərb mə­də­niy­yə­tin­də­nəm" – düs­tu­ru­nu ifa­də et­miş olur".[2]

Rə­sul­za­də "qərb mə­də­niy­yə­tin­də­nəm" an­la­yı­şı­nı ye­ni­ləş­mə və in­qi­lab ki­mi ba­şa düş­müş­dür. Bu an­la­yış­lar da dün­yə­vi­lik­lə (la­yiq­lik­lə), mə­də­niy­yət­lə bağ­lı­dır. Fik­ri­miz­cə, mə­də­niy­yət və müa­sir­lik an­la­yış­la­rı bir-bi­ri­ni ta­mam­­la­yır­­lar. Çün­ki yal­nız müa­sir­ləş­mə­yə me­yil­li mil­lət­lər mə­də­niy­yət ya­ra­da bi­lir­lər. Bu mə­na­da, "müa­sir­lik" ilk ba­xış­da zə­ma­nə­nin də­yər­lə­ri­ni və tə­ləb­lə­ri­ni əks et­di­rir­sə, "mə­də­niy­yət" an­la­yı­şı da­ha ge­niş mə­na kəsb edə­rək nə­in­ki bu gü­nün, həm də keç­mi­şin və gə­lə­cə­yin ni­şa­nə­si­dir. Ey­ni za­man­da "mə­də­niy­yət" an­la­yı­şın­da mil­li və di­ni də­yər­lər­lə ya­na­şı, Qərb-Av­ro­pa mə­də­niy­yə­ti­nin mü­tə­rəq­qi cə­hət­­lə­ri­­nin də öz ək­si­ni tap­ma­sı müm­kün­dür.

Biz­cə, bay­ra­ğı­mız­da­kı al bo­ya­nın "müa­sir­lik" adı al­tın­da av­ro­pa­laş­maq, qərb­ləş­mək ki­mi de­yil, mil­li və di­ni də­yər­lə­rə zidd ol­ma­dan ye­ni­ləş­mə və in­qi­lab (is­la­hat­lar hə­ya­ta ke­çi­ril­mə­si), ya­xud da dün­yə­vi­lik (la­yiq­lik) ola­raq yo­zul­ma­sı da­ha məq­sə­də­uy­ğun­dur. Ata­tür­kün təb­rin­cə de­sək, döv­lət dai­ma güc­lü ol­ma­lı­dır ki, din bir­li­yi tə­rəf­dar­la­rı "üm­mət­çi­lik" adı al­tın­da "qə­za-ci­had" ide­ya­sı­na qa­pıl­ma­sın­lar. Ata­tür­kün fik­rin­cə, bu­nu əvə­zin­də top­lum­da və döv­lət­də qə­ti şə­kil­də ağ­lın ha­ki­miy­yə­ti üs­tün ol­ma­lı­dır.[3]Bu isə o de­mək­dir ki, mil­li və di­ni də­yər­lər ya­şat­maq üçün hə­mi­şə müa­sir ruh­lu ol­maq hər han­sı mil­lə­tin baş­lı­ca qa­yə­si ol­ma­lı­dır. Yal­nız müa­sir ruh­lu mil­li və di­ni də­yər­lə­rə sa­hib mil­lət ayaq üs­tə du­rar və dün­ya dur­duq­ca var olar.

Türk dün­ya­sı­nın bö­yük şəx­siy­yə­ti Ha­cı Zey­na­lab­din Ta­ğı­yev (1838-1924) XIX əs­rin so­nu, XX əs­rin baş­la­rın­da çağ­daş ruh­lu Türk­­çü­lük, İs­lam­lı­ğın təb­li­ği və təş­vi­qin­də miq­ya­sa­gəl­məz mad­di dəs­­tək gös­tər­miş, mil­li-de­mok­ra­tik ruh­lu ic­ti­mai-si­ya­si təş­ki­lat­la­rın ("Di­fai", "Mü­sa­vat", "Ni­cat", "Mü­səl­man xey­riy­yə", "Nəş­ri-maa­rif" və b.), qə­zet-jur­nal­la­rın ("Hə­yat", "İr­şad", "Fü­yu­zat", "Ye­ni İr­şad", "Açıq söz" və b.) ya­ran­ma­sı və in­ki­şa­fın­da müs­təs­na rol oy­na­mış­dır. [4]

Onun mil­li iş­lə­rin­dən bi­ri, Qu­zey Azər­bay­can­da Türk di­lin­də qə­zet­lə­rin qa­da­ğan old­ğu bir dövr­də, 1895-ci il­də rus­dil­li "Kas­pi" qə­ze­ti­ni mət­bəə­si ilə bir­lik­də sa­tın al­ma­sı idi. Məhz bun­dan son­ra "Kas­pi" qə­ze­ti Azər­bay­can tük­lə­ri­nin mil­li ide­ya­sı­nın təb­li­ğin­də apa­rı­cı rol oy­na­mış­dır. So­vet ədə­biy­ya­tın­da da eti­raf olu­nur­du ki: "XIX əs­rin axır­la­rın­da – XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can bur­ju­a­­zi­­ya­­­­sı­nın hə­lə öz si­ya­si par­ti­ya­sı yox idi və yer­li pa­nis­la­mist­lər öz ide­o­­loq­­la­rı Əh­məd bəy Ağa­yev və Əli­mər­dan bəy Top­çu­ba­şov baş­da ol­­maq­­la mil­yon­çu H.Z.Ta­ğı­yev tə­rə­fin­dən alı­nan "Kas­pi" qə­ze­ti ət­ra­­fın­­­da top­la­şıb, onun sə­hi­fə­lə­rin­də öz ba­xış­la­rı­nı təb­liğ edir­di­lər". [5]

N.Nə­ri­ma­nov 1900-cü il­də yaz­dı­ğı "Ha­cı Zey­na­lab­din Ta­ğı­­yev­­in əl­li il­lik məi­şə­ti və cə­maə­tə xid­mət­lə­ri" ki­tab­sa­çın­da gös­tə­rir­di ki, Ta­ğı­ye­vin mil­lə­tə əsas xid­mət­lə­ri ara­sın­da mil­li mək­təb­lə­rin in­şa­sı ol­muş­dur. [6] Ta­ğı­yev­dən hər cür mad­di dəs­tək gör­müş N.Nə­ri­ma­nov da­ha son­ra ya­zır­dı: "Onun cəm et­di­yi mil­yon­lar­dan in­sa­na və mil­lə­tə mə­na­fe ye­­ti­­şib­­dir­­mi­­? Hər­gah ye­ti­şib­sə, bu möh­tə­rəm şəx­sin xid­mət­­lə­ri­nin əvə­zin­də mil­lət nə et­mə­li­di­r? Tək­li­fi nə­di­r? Bu mə­sə­lə­ni həll et­mək bir ada­mın işi ol­ma­yıb, mə­ri­fət­li mü­səl­man­lar bu ba­rə­də gə­rək­­dir məş­və­rət edə­lər və məş­və­rət mə­qa­mın­da cə­nab Ha­cı­nın mil­lə­tə xid­mət­lə­ri­ni qey­ri-mü­səl­man mil­yon­çu­la­rın iş­lə­ri ilə (Ba­kı­da xü­su­sən) bir tə­rə­zi­yə qo­yar­lar. Hə­min mə­qam­da hör­mət­li Ha­cı­nın mil­lə­tə olan qey­rə­ti­nin qiy­mə­ti arif­lər ya­nın­da bi­rə beş ar­tar. Bö­yük hü­nər­dir, əzi­zim, in­san öz sağ­lı­ğın­da xey­riy­yə cə­miy­yət­lə­ri­nə bu qə­dər xərc et­sin! Bu qey­rət­də şəxs­lə­rin hə­ya­tı xa­ri­ci mil­lət­lə­rin bi­zim ba­rə­də olan hör­mət­siz fik­ri­ni puç et­mə­yə sə­bəb­dir. Mə­də­niy­yət­li mil­lət­lər bi­zə mə­də­niy­yət­dən üz dön­də­rən, vəh­şi, və­tə­nin və mil­lə­tin im­da­dı­na çat­ma­yan de­yir­lər. Sə­bə­b? Sə­bəb bu­dur ki, Ha­cı ki­mi döv­lət­li mü­səl­­man­lar­dan mi­ni qa­ra tor­pa­ğa ge­dib­dir və ge­də­cək­dir, am­ma Və­tə­nə və Mil­lə­tə Ha­cı edən xid­mət­lə­rin min­dən bi­ri­ni et­mə­yib­lər". [7]

Mü­əl­li­fi Yu­sif Ta­lıb­za­də ol­du­ğu eh­ti­mal olu­nan "Sər­vət və sə­xa­vət­lə məş­hur cə­nab Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin tər­cü­mey-ha­lı" əsə­rin­də (1903) də qeyd olu­nur ki, mil­li mək­təb­lər in­şa et­di­rən Ta­ğı­­yev bu za­man yal­nız oğ­lan­la­rı de­yil qız­la­rı da dü­şü­nə­rək Nə­cib Qız­lar Gim­naz­ya­sı­nı tə­sis et­miş­dir. Y.Ta­lıb­za­də ya­zır­dı: "Hə­qi­qə­tən, heç kim­lə şə­rik ol­ma­dan, heç ki­min ianə­si yet­mə­dən bu ağır iş­lə­ri öh­də­yə gö­tür­mək bö­yük mərd­lik­dir. Doğ­ru­dan da, və­tən sə­xa­vət və səa­dət qa­pı­sı­nı açan, mil­lə­ti əziz­lik və şər­fə­tə ye­tir­mə­yə ça­lı­şan bu cə­na­ba bən­zər da­ha bi­ri­si­ni mü­səl­man­la­ra ye­tir­mə­yə il­lər, za­man la­zım­dır". [8] Y.Z.Ta­lıb­za­də Ta­ğı­ye­və həsr et­di­yi bir şei­rin­də ya­zır­dı:

Tək mil­lə­ti­nə ol­ma­yıb onun hi­ma­yə­ti,

Hər mil­lə­tə zi­ya­də ke­çib­dir ina­yə­ti.

Çün ey­lə­yib­dir cüm­lə əli­li o bi­ni­yaz,

Ol ba­rə­dən alıb ne­çə döv­lət­dən im­ti­yaz.

Hər mil­lət ol cə­na­ba edir çox tə­şək­kü­rün,

Həm­va­rə lüt­fü mər­hə­mə­ti­nin təzk­kü­rün. [9]

Türk (Azər­bay­can) ta­ri­xin­də ilk də­fə Qu­ra­nı Azər­bay­can türk­­cə­si­nə tər­cü­mə et­di­rən Ta­ğı­yev, onu Yu­sif Zi­ya­nın va­si­tə­si­lə 1907-ci il­də İs­tan­bu­la 2.Sul­tan Əb­dül­hə­mi­də hə­diy­yə ola­raq gön­dər­miş­dir. [10]

Mil­li ay­dı­nı­mız Hü­seyn Ca­vid də ya­zır­dı ki, Ta­ğı­yev mil­li mək­­təb­­lər aç­maq­la, mil­li mət­bua­ta, mil­li təş­ki­lat­la­ra, mil­li te­at­rın in­ki­­şa­fı­na yar­dım et­mək­lə mə­də­niy­yət işıq­la­rı yan­dır­mış­dır. O, ya­zır­dı:

Elm əsa­sı­nı qo­yan, maa­ri­fin ha­mi­si,

Elm əh­li­nə süd ve­rən meh­ri­ban da­yə yaz­dı.

Bir çox pul­lar sərf et­din elm, hü­nər yo­lun­da,

Müd­rik adı, şöh­rə­ti qal­xır sə­ma­yə yaz­dı.

Bi­li­yin fay­da­sı var həm dün­ya, həm üq­ba­da,

Bi­lik­lə əl­də olar məq­səd və qa­yə yaz­dı. [11]

Mil­li şai­ri­miz Mir­zə Ələk­bər Sa­bir də Ta­ğı­ye­vin mil­lət üçün et­di­yi əmə­yi yük­sək qiy­mət­lən­dir­miş­dir. O, ya­zır­dı:

El­mə yol­lar aç­dın, ey mil­lət­pər­vər

Ha­cı Zey­nal Ab­din, ey ta­ci sər.

Və­tə­nin qız­la­rın el­mə bağ­la­dın,

Və­tə­nə, üm­mə­tə, mil­lə­tə pər­vər.

Mü­zəy­yən ey­lə­din kəl­bi na­da­nı,

Mər­hə­mət­li ata, mua­rif gös­tər.

İra­na, Tu­ra­na, Tür­kə, Ta­ta­ra

Sə­xa­vət ey­lə­din, ol­dun mü­zəf­fər.

Hər kə sə­ni se­vər, mil­lə­tin ca­nı. [12]

Na­ğı Şeyx­za­man­lı isə he­sab edir ki, Ta­ğı­ye­vin iki mü­hüm ar­zu­su ol­muş­dur: var­lı ol­maq və mil­li qa­yə­mi­zə xid­mət et­mək: "Ha­cı ar­tıq zən­gin­li­yin son zir­və­si­nə yük­səl­miş və bu­nun­la da bi­rin­ci qa­yə­­si­nə çat­mış­dır. İkin­ci qa­yə­si­nə gə­lin­cə, il­lik gə­li­ri­nin 25%-ni fəx­ri səd­ri ol­du­ğu Mü­səl­man Xey­riy­yə Cə­miy­yə­ti­nə və "Nəş­ri-Maa­rif" Cə­miy­yə­ti­nə ke­çir­miş­dir. O, Ba­kı­da çı­xan və mil­li qa­yə­mi­zə xid­mət edən türk­cə, rus­ca olan qə­zet və jur­nal­la­rın nəş­ri­nə kö­mək et­miş­dir". [13] Onun baş­çıl­ğı al­tın­da "Mü­səl­man Xey­riy­yə Cə­miy­yə­ti" 1-ci Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də Os­man­lı türk­lə­ri­nə bö­yük yar­dım­lar et­miş­dir.

Ta­ğı­ye­vin əsas xid­mət­lə­rin­dən bi­ri də Türk di­lin­də əsər­lə­rin nəş­ri­nə yar­dım et­mə­si ol­muş­dur. Mə­sə­lən, o, Hə­sən Əl­qə­da­ri əl-Da­ği­s­ta­ni, Y.Ta­lıb­za­də, Əb­düs­sə­lam Axund­za­də, S.M.Qə­ni­za­də, S.Ə.Şir­­va­ni, N.Nə­ri­ma­nov, Mir­zə İl­yas bəy və baş­qa zi­ya­lı­la­rın əsər­lə­ri­nin ha­mi­si ol­muş­dur. [14] Mil­li te­at­rın ya­ran­ma­sı və in­ki­şa­fın­da da Ta­ğı­­ye­vin mad­di dəs­tə­yi ol­muş­dur. Ba­kı­da ilk te­atr bi­na­sı 1883-cü il­də ba­şa çat­mış, 1888-ci ilin okt­yab­rın 27-də ilk ta­ma­şa səh­nə­yə qo­yul­­muş­dur. [15] Türk zi­ya­lı­la­rın­dan Ə.Top­çu­ba­şov, Ə.Ağa­yev, F.Və­zi­rov və baş­qa­la­rı 1905-ci lin mar­tın 15-də məhz H.Z.Ta­ğı­ye­vin evin­də top­la­şa­raq "Ümum­mil­li haqq is­tə­yi" la­yi­hə­si­ni ha­zır­la­mış­lar.

1918-ci il de­kab­rın 7-də H.Z.Ta­ğı­ye­vin ba­ni­si ol­du­ğu Nə­cib Qız­lar Gim­na­­zi­­ya­­sı­nı bi­na­sın­da Cüm­hu­riy­yət par­la­men­ti­nin tə­sis ic­la­­sı ol­muş­dur. Ta­ğı­yev Cüm­hu­riy­yə­tə hər cür mad­di dəs­tək gös­tər­miş, onun büd­cə­si­nin for­ma­laş­ma­sın­da çox bö­yük iş­lər gör­müş­dür.

Biz­cə, Ta­ğı­ye­vin Türk xalq­la­rı­nın, o cüm­lə­dən Azər­bay­can türk­lə­ri­nin mil­li oya­nı­şı­na və bir­li­yi­nə et­di­yi mad­di yar­dım­lar ol­ma­sa idi, bu gün biz yal­nız hə­min dövr­də nəşr olu­nan qə­zet-jur­nal­lar­dan, maa­rif­çi-xey­riy­yə­çi və si­ya­si təş­ki­lat­lar­dan de­yil, bü­töv­lük­də mil­li məf­ku­rə­dən, mil­li Cü­mu­riy­yət­dən də çox ka­sıb və­ziy­yət­də çı­xa bi­lər­­dik. Ta­ğı­ye­vin türk­lük və is­lam­lıq ide­ya­la­rı­nın da­şı­yı­cı ol­ma­sı, onun mil­yon­la­rı­nın mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin in­ki­şa­fı­na yö­nəlt­miş və Türk xalq­la­rı­nın to­par­lan­ma­sı yo­lun­da ya­şıl işıq ol­muş­dur.


[1]Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s.97

[2]Yenə orada, s.97

[3]Bayar C. Atatürkün metodolojisi və günümüz.İstanbul, Kervan, 1978, s.69

[4]Cabbarov Fərhad (tərtib edəni). Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında. Bakı, "Ziya" NPM, 2013, s.7-11

[5]Azərbaycan Kommunist Partiyasının oçerkləri. Bakı: Azərnəşr, 1986, I cild, s.40

[6]Cabbarov Fərhad (tərtib edəni). Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında. Bakı, "Ziya" NPM, 2013, s.24

[7]Yenə orada, s.31

[8]Yenə orada, s.50

[9]Yenə orada, s.174

[10]Yenə orada, s.66

[11]Yenə orada, s.176

[12]Yenə orada, s.178-179

[13]Yenə orada, s.66

[14]Yenə orada, s.52

[15]Yenə orada, s.38


MANŞET XƏBƏRLƏRİ