Hər kəs qorxu içində: Yeni ştamm bütün dünyaya yayılacaq?


Çinin şərqində koronavirusun "Omikron" ştammının yeni alt variantı "BA.1.1" aşkar edilib.

Çinin "Global Times" nəşri bu barədə xəbər yayıb.

Məlumatda bildirilir ki, mutasiyaya martın sonunda rast gəlinib.

Araşdırmalardan sonra onun öldürücü qabiliyyətə malik olmadığı aydın olub.

Lakin virusoloqlar "Omikron"un bu alt növünün, onun sələfi kimi aktiv şəkildə yayılacağına inanır.

Koronavirusa yoluxam sayının bütün ölkələrdə azalması fonunda yeni variantın ortaya çıxması şübhə doğurur.

Maraqlıdır, nə zaman ki, yoluxma sayında enişlər müşahidə olunmağa başlayır, o zaman dünya yeni variantın təsiri altına düşür. Təbii ki, bu da koronavirusla bağlı şübhələri, iddiaları daha da alovlandırır. Bir çox mütəxəssislər bunun bir təsadüf olmadığını bildirir, bir çoxları bunu insanları qorxuda saxlamaq üçün yaradılan vəziyyət kimi dəyərləndirir.

Həkim-farmakoloq Aydın Əliyev də Cebhe.info-ya açıqlamasında yoluxmaların azaldığı zamanda yeni ştammın yaranmasının bir təsadüf olmadığını bildirib:

"Artıq dünyada xəstəliklərin yayılması, xəstəliklərə şərait yaratmaq məsələsi ön plandadır. Dünyada insanların sağlam yaşamağı müəyyən qüvvələri narahat edir və bunu istəmirlər. Koronavirusun yeni ştammlarının yayılması, yoluxma azalanda ştammların özünün yeni variantlarının yaranması, insanların qorxu içində saxlanması həmin qüvvələrin əlindədir.

Bu xəstəliklərin yayılmasına, iqtisadi, siyasi amillər də təsir edir. Yəni, bunlar qaranlıq məsələlərdir. Artıq o dərəcəyə çatıb ki, dünya ictimaiyyəti bu barədə fikir bildirir. Çıxış yolu yalnız özümüzük. Biz bilmirik ki, dünyada gedən proseslərin sonunda bunlar nə oyun çıxaracaqlar.

Yoluxmaların azaldığı zamanda yeni variantların yaranması, bunun ortalığa atılması təsadüf ola bilməz. Amma indi bilərəkdən belə təhlükəli xəstəliklər yaradıla bilər. Çünki dünya bunun üçün həmin mühiti yaradıb. Müharibələr, ekoloji vəziyyət bunun üçün əlverişli şərait yaradır".


MANŞET XƏBƏRLƏRİ