"Ukrayna Türkiyədən dərhal sonra..." – Medvedyevdən ironiyalı sözlər


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rusiya rəsmisi Kiyevin istəyinə ironiyalı yanaşıb.

"Bununla bağlı yaxın keçmişə aid tarixi bir söhbət var. Bunlar Viktor Çernomırdinə (Rusiyanın keçmiş baş naziri – red.) aid sözlərdir. Ukraynada səfir olduğu dövrdə ondan soruşurlar ki, Ukrayna nə vaxt Avropa Birliyinə daxil olacaq? Cavab verir ki, Türkiyədən dərhal sonra. Yenə soruşublar ki, bəs Türkiyə nə vaxt üzv olacaq? Qayıdır ki, Türkiyə? Heç vaxt", - Medvedeyev deyib.

Türkiyə 1987-ci ildə rəsmi qaydada Avropa Birliyinə üzvlük üçün müraciət edib. 1999-cu ildə AB üzvləri tərəfindən namizəd kimi qəbul edilən Türkiyə 2005-ci ildə tam üzvlük danışıqlarına başlayıb. Rəsmi Ankara bunun üçün bütün öhdəliklərini yerinə yetirdiyini bildirsə də, Brüsselin müxtəlif bəhanələrlə bu prosesi uzatdığı deyilir. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ