Ümumdünya Səhiyyə Təşkilatından açıqlama: Koronavirus bu il bitə bilər


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Qebreyesus, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla bağlı milyonlarla insanı rahatlaşdıracaq açıqlama verib. Koronavirus pandemiyasının bu il bitə biləcəyini ifadə edən Qebreyesus, "Bu, bizim üçün sonuncu olmalıdır" dedi.

Türküstan.az xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında çıxış edən Dr. Tedros Adhanom Ghebreyesus, 2022-ci ildə Covid-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq üçün ÜST-nin bu gün açıqladığı planın təfərrüatlarını bölüşərək, Ukrayna və Efiopiyadakı humanitar vəziyyəti qiymətləndirib.

"KORONAVİRUS BU İL BİTƏ BİLƏR"

"2022-ci ildə Covid-19 Qlobal Fövqəladə Halına Son Vermək üçün Strateji Hazırlıq və Mübarizə Planı"nın dünyaya tətbiq oluna biləcəyini vurğulayan Qebreyesus, "Covid-19 bu il bitə bilər və bu, bizim üçün sonuncu olmalıdır" dedi.

VİRUSUN GƏLƏCƏYİNƏ BAĞLI 3 SENARİ

Euronews-da yer alan xəbərə görə, virusun təkamülü üçün 3 ssenarinin olduğunu ifadə edən Qebreyesus, "Ən yaxşı ssenaridə bundan sonra gücləndirici dozalar tələb etməyəcək bir neçə variant görəcəyik. İkinci ssenaridə görürük ki, virus təkamül etməyə davam edir, lakin peyvəndlər sayəsində ağır xəstəliklərin nisbəti azalıb: "Ən pis ssenariyə görə, bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və bu yeni təhlükəyə qarşı heç bir peyvəndin işləmədiyini görə bilərik., " dedi.

Qebreyesus vurğuladı ki, ÜST-nin planını yuxarıda qeyd olunan ssenarilər işığında həyata keçirmək üçün hər bir ölkə virusun izlənilməsi, peyvənd, Covid-19-a davamlı səhiyyə sistemi, antivirus vasitələrinə bərabər çıxış və qlobal əməkdaşlığa önəm verməlidir. Covid-19 ilə mübarizə vasitələrindən yaxşı istifadə etməklə epidemiyanın asanlıqla nəzarət altına alına biləcəyini vurğulayan Ghebreyesus, "Peyvəndlərə və müalicəyə ədalətli çıxış təmin etməklə bir çox insanın həyatını xilas edə bilərik" dedi.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ