Ukraynada bankomatda nağd pul tapmaq çətinləşib


Rusiyanın hücumu altında olan Ukraynada müharibə davam edərkən, digər tərəfdən banklarda nağd pul qıtlığı yaşanır.

Türküstan.az xəbər verir ki,Ukraynadakı müharibə səbəbindən bəzi bank filialları və bankomatlar yararsız hala düşüb. Münaqişələrin intensiv olduğu şəhərlərdə bank əməliyyatları dayandırılıb.

Odessa şəhərində əksər bankomatlar yararsız hala düşüb, işləyən bankomatlardan pul çıxarmaq çətinləşib. Xüsusən səhər pul köçürməsindən sonra nağd pul qısa zamanda tükənir.


MANŞET XƏBƏRLƏRİ