Türk Ədəbiyyatı Vəqfi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafatına layiq görüldü


Bu günlərdə Türk Ədəbiyyatı Vəqfi uzun illər Türk ədəbiyyatı, dili və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xüsusi Mükafata layiq görüldü. Bu münasibətlə təşkil olunmuş törəndə Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklıya və sayın Esat Kabaklıya ödülləri Cumhurbaşqan yardımçısı Fuat Oqtay və Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy təqdim etdi.

Xatırladaq ki, ilin əvvəlində Vəqfin mətbu orqanı olan - 50 yaşını tamamlayan "Türk ədəbiyyatı" dərgisi də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İlin dərgisi" adına layiq görülmüşdü.

Dəyərli böyüklərimiz Sərhat Kabaklı, İmdat Avşar, Esat Kabaklı başda olmaqla Türk dünyasının bu müqəddəs ocağının bütün əməkdaşlarını salamlayır, təbrik edir, gələcək işlərində başarılar diləyirik!

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ