Madrid bələdiyyəsi Putindən qızıl açarı geri aldı


İspaniyanın paytaxtı Madriddə Şəhər Şurası 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinə verilən şəhərin qızıl açarının geri alınmasını təsdiqləyib.

Türküstan.azxəbər verir ki,Madrid Şəhər Şurasında keçirilən səsvermədə ifrat sağçı Vox partiyası istisna olmaqla, bütün siyasi partiyalar Putinə verilən qızıl açarın geri alınmasını təsdiqləyib.

Vox partiyasının sözçüsü Xavyer Orteqa Smit Rusiya, Ukrayna və İspan xalqının bu təklifin əleyhinə səs verdiyini, çünki onun hər hansı totalitar siyasi cəhddən qorunmalı olduğuna inandıqlarını, şərəf əlaməti olaraq verilən qızıl açarın ABŞ prezidentinə ünvanlandığını iddia edərək bildirib.

Ukrayna müharibəsinə görə Rusiya prezidenti Putini qınamaqda tərəddüd edən ifrat sağçı Vox-un mövqeyi digər siyasi partiyalar, xüsusən də solçular tərəfindən tənqid edilib.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ