Deputat Aqil Məmmədov Gəncədə qəbul keçirib


Milli Məclisin deputatı Aqil Məmmədov Gəncədə - Kəlbəcər Rayon İcra hamikiyyətinin inzibati binasında seçicilər üçün qəbul keçirib.

Qəbulda rayon icra hakimiyyətinin əməkdaşları da iştirak edib.

Seçicilərin qaldırdığı məsələlər, müraciət və şikayətlər dinlənilib. Qeyd olunaraq yerində bir sıra məsələlərlə bağlı addımlar atılıb, digərləri haqda müvafiq sorğu məktublarının göndərilməsi təmin edilib.

Deputat A.Məmmədov həmçinin, ölkəmizdə və dünyada gedən proseslər haqda danışaraq, bu proseslərdə Azərbaycanın yeri və rolu, ölkə rəhbərliyinin tutduğu düzgün siyasi xətt barədə məlumat verib. Qeyd edib ki, ölkəmizin 44 günlük müharibədə əldə etdiyi Zəfərin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, həmçinin, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı görülən işlər məcburi köçkünlərin öz yerlərinə daha tez qayıtmasını təmin etmək üçündür.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ