Mənə elə gəlir ki, Ömər Çolakoğlunun nurani çöhrəsi İmdat bəyin hekayələrindəki vicdanlı insanların üzünə yansıyıb...


"Mənə bir hərf öyrədənin bir ömür quluyam", - deyərmiş Peyğəmbər əfəndimiz.

Bu mənada, Ustadım İmdat Avşarın yazdıqları, söylədikləri, öyrətdikləri həmişə mənəvi qazancım olub. Onun söhbətlərindən sanki ensiklopediya oxuyurmuş kimi bəhrələnmişəm. Meydani Babanı, Neşet Ertaşı, Emir Kalkanı, Bekir Balabanı, Musa Eroğlunu, Muhsin Yazıcıoğlunu... və Türk dünyasının yüzlərlə dəyərli insanını tanımışam Onun sayəsində...

İmdat bəyin insanlığını, şəxsiyyətini təqdir etdiyi işıqlı şəxsiyyətlərdən biri Xalq filosofu Ömər Çolakoğlu idi. Nədənsə mənə elə gəlirdi ki, Ömər Çolakoğlunun nurani çöhrəsindəki cizgilər İmdat bəyin hekayələrindəki xeyirxah, mərhəmətli, vicdanlı insanların üzünə yansıyıb. Əsərlərində təsvir etdiyi yaxşı adamları İmdat bəy həyatda yaxından tanıdığı bu yaxşı adamların ruhani təsiri ilə qələmə alıb.

Xalq üçün yaşayan, xalqın adından danışan, dərdlərini dilə gətirən, xalq üçün yanan, özü yarı ac, yarı tox bir ömür yaşasa da, hamının dərdinə dərman olmağa can atan bir insan olub Ömər Çolakoğlu... Təmiz vicdanı, dürüst yaşamı ilə örnək olub, mərhəməti, insansevərliyi ilə könüllərdə taxt qurub, bütün şüurlu həyatını insanlığa fədakarcasına hizmət etdiyi üçün "Xalq filosofu" adını da ona xalq verib.

Kayseridə, Kırşehirde harda yaşamasından asılı olmayaraq belə adamların ömür yolunu bilmək, oxumaq insan olaraq özümüzü tarazlamağımız üçün bir tərəzi, ölçü vahidi, ayna, tərbiyə məktəbidir.

Bu gün Xalq filosofu Ömər Çolakoğlunun Haqqa yürüdüyünü öyrəndim. Bir anlıq düşündüm ki, bu cür duru, arınmış, təmizlənmiş Ruhun vardığı yer mühəqqəq uçmaq olacaqdır. Nur içində uyusun!

Xəyalə Zərrabqızı

Ömər Çolakoğlu şəxsiyyətini tanımaq üçün təkcə "Mən filosofam" şeirini oxumaq kifayətdir:

BEN FİLOZOFUM
Çilelerde en önde, nimetlerde hiç yokum
Yüreğim zengin benim yarı aç yarı tokum
Yaralı gönül’e ilaç zalimlere bir okum
Sevenlerin dilinde bu yüzden filozofum.

Beni gören zalimler mafya vaari yürüyor
Haksızlık yapan insan sinirimi geriyor
En uysal köpek bile bana doğru ürüyor
Palavraya karnım tok bu yüzden filozofum

Kişilik Ayhan ışık verilen rol Erol Taş
Dizi uzun,film bitmedi altmışı geçti yaş
Haksızı alkışlamadım zalime eymedim baş
Hakikati arıyorum bu yüzden filozofum

Karanlığa aldırmam bir ışıkta ben yakarım
Her sürüye uymayan koyun gibi sakarım
Vatanımın uğrunda seller gibi coşarım
Vicdanım çok,param yok bu yüzden filozofum

Filozofluk kolay değil kimse buna özenmesin
Yiğit olan bu uğurda önce bedel ödesin
Ölüm ile yaşam arasında gitsin gelsin
Ben öldümde dirildim bu yüzden filozofum.


MANŞET XƏBƏRLƏRİ