Sanksiyaya məruz qalan Abramoviçin yaxtası İstanbulda göründü- FOTOLAR


Rusiyanın Ukraynaya hücumu ilə İngiltərənin sanksiyalar siyahısına əlavə etdiyi rusiyalı oliqarx Roman Abramoviçin şəxsi təyyarəsi dünən gecə İstanbula eniş edib. Lüks təyyarənin səhər saatlarında Moskvaya getdiyi halda, Abramoviçin yaxtasının da Türkiyəyə doğru hərəkət etdiyi iddia edilir.

Rusiya və Ukrayna arasında müharibə davam edərkən, rus oliqarxlarının lüks təyyarə və yaxtaları qaçırmaq cəhdləri davam edir...

İngiltərənin keçən həftə sanksiyalar siyahısına əlavə etdiyi rusiyalı milyarder Roman Abramoviçin təyyarəsi dünən İsraildən Türkiyəyə gəlib.

Sonuncu dəfə Tel-Əvivdəki Ben Qurion hava limanında görünən Abramoviçin təyyarəsi dünən gecə İstanbula eniş edib.

Türküstan.azxəbər verir ki,Britaniyanın "Reuters" xəbər agentliyinin əldə etdiyi fotolarda İngiltərənin "Çelsi" klubunun sahibinin Təl-Əvivdəki VİP salonunda maskası aşağı əyləşdiyi görünür. Reuters xəbər agentliyi Abramoviçin İstanbula təyyarə ilə gəlib-gəlməməsinin hələlik məlum olmadığını bildirib.

Məsələdən xəbəri olan bir məmur bildirib ki, Abramoviç bazar günü gecə Moskvadan Ben Qurion hava limanına uçub. Digər tərəfdən, təyyarənin ötən həftə Türkiyədə olduğu qeyd edilib.

Səhər saatlarında Reuters xəbər agentliyi də Abramoviçin təyyarəsinin bu gün səhər tezdən İstanbuldan Moskvaya getdiyini açıqlayıb.

Son illərdə rus oliqarxlarının tez-tez üz tutduqları yer olan Böyük Britaniyada Nəqliyyat Nazirliyi ötən həftə açıqlama verərək, rus oliqarxlarına məxsus helikopter və təyyarələrin ələ keçirilməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Putinlə yaxın münasibətinin olmadığını hər fürsətdə dilə gətirən Abramoviçin İsrail və Portuqaliya vətəndaşlığı da var.

ABRAMOVİÇİN YAXTASI DA İSTANBULA GEDİR

Reuters xəbər agentliyi Abramoviçin 600 milyon dollar dəyərində olan Solaris yaxtasının da Monteneqrodan İstanbula üzdüyünü bildirib.

Dünən gecə, Solaris marşrutu kəsilərkən "təsdiqi gözləmək" vəziyyətində idi.


MANŞET XƏBƏRLƏRİ