Zelenskinin ofisi: "Rusların cəbhə boyu heç bir ciddi uğuru yoxdur"


"Rusların 700 km-lik bütün cəbhə boyu heç bir ciddi uğuru yoxdur".

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

"Avropada böyük müharibənin 15-ci günü. Rusların 700 km-lik bütün cəbhə boyu heç bir ciddi uğuru yoxdur. Bunun səbəblərindən biri də müharibə haqqında həqiqətlərin onlayn olmasıdır. Hər gün 2000-ə yaxın xarici jurnalist bu müharibənin ən qaynar nöqtələrində olur. Təşəkkürlər uşaqlar...", - o qeyd edib.


MANŞET XƏBƏRLƏRİ